Rail Rüstəmovun həbsi pislənir

24.02.2016 - 11:59

rrGənc Demokratlar Hərəkatı AXCP Sabirabad rayon şöbəsindən Ali Məclisin üzvü Sahib Rüstəmlinin oğlu Rail Rüstəmovun saxta ittihamla həbsilə əlaqədar etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, uzun müddətdir ki, siyasi baxışlarına görə Sahib Rüstəmliyə qarşı təzyiqlər, yerli hüquq-mühafizə orqanları tərəfindən təqib olunması və nəhayət, övladı Rail Rüstəmovun qondarma ittihamla həbs olunması Azərbaycan hökümətinin gərçək mahiyyətini ortaya qoyur.

Xatırladaq ki, Rail Rüstəmov fevralın 16-da Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. AXCP funksionerinin oğlu polisə müqavimət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb və ona 20 sutka inzibati həbs cəzası verilib. Sahib Rüstəmli özü də rayon polis şəbəsinə çağırılıb və orada hədələnib. Ondan “facebook”da tənqidlərə son qoymaq, fəallıq etməmək tələb olunub. Bütün bunlarla yanaşı, həm Sahib Rüstəmlinin, həm də oğlu Rail Rüstəmovun avtomobilləri cərimə meydançasına aparılıb.

“Azərbaycanda vicdan məhbuslarının sayının artması, ictimai-siyasi fəallara qarşı xüsusən bölgələrdə rayon rəhbərliyinin təzyiq və təqiblərinin güclənməsi hakimiyyətin xalqın qəzəbindən, insanların etirazlarından qorxmasının göstəricisidir”, – deyə bəyanatda vurğulanır.

Gənc Demokratlar Hərəkatı hesab edir ki, hakimiyyət ictima-siyasi fəallara qarşı aqressiv davranmaqla, onları saxta ittihamlarla həbs etdirməklə insanların etirazlarının, demokratiya istəklərinin qarşısını ala bilməyəcək: “Hesab edirik ki, hakimiyyət bu təzyiq metodlarından əl çəkməli, siyasi məhbusların azadlığa buraxılması, demokratik və açıq cəmiyyətin formalaşması, sağlam mühitin yaradılması üçün sürətli addımlar atmaldır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728