İlham Əliyevin oğlu və rus teleaparıcının qızı

04.04.2014 - 10:28

İlham Əliyevin oğlu və rus teleaparıcının qızı

Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev rus telekanallarında göstərilən “Gəl evlənək” proqramının aparıcısı Roza Sabitovanın qızı Kseniyanı gözaltı edib.
Rusiyanın “Komsomolskaya pravda” qəzeti bildirir ki, Roza Sabitova “Gəl evlənək” proqramı vasitəsilə qızı üçün adaxlı axtarır. Bu məlumatı da verilişdə elə o verib:
“Ksyuşanı proqrama dəvət etmək mənim təşəbbüsümlə olub. Mənim qızım ağıllı və gözəl qızdır. O, mənim sərvətimdir, xəzinəmdir. Cəmi 22 yaşı var. Necə deyərlər, istədiyi kimi hərəkət edə bilər. Ksyuşanı bəyənən gənc oğlanların olması normal haldır. Ksyuşa sosial şəbəkələrdə də çox fəaldır. Bu günlərdə mənə belə məlumat verdilər ki, Azərbaycan prezidentinin oğlu da ona diqqət yetirib. Mənə belə dedilər ki, Azərbaycan prezidentinin oğlu Ksyuşaya diqqət yetirib, qız onun xoşuna gəlib və gənc tələbə oğlan onunla tanış olmaq istəyir. Əminəm ki, bu, hələ son deyil. Başqa prezidentlərin oğlanları da onun kimi hərəkət edəcəklər”.
Qeyd edək ki, prezident İlham Əliyevin 17 yaşlı oğlu Heydər Əliyev tələbədir. O, Azərbaycanda təhsil alır (Virtualaz.org).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5596

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031