Ərdoğan Bakı səfərinin məqsədini açıqladı

04.04.2014 - 12:13

Ərdoğan Bakı səfərinin məqsədini açıqladı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Bakıya yola düşməzdən əvvəl Ankaranın Eesenboğa hava limanında brifinq keçirib.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verib ki, Baş nazir bir günlük işgüzar səfərlə Bakıya yola düşdüyünü bildirib: “Yerli seçkilərdən dərhal sonra həyata keçirdiyimiz bu səfər həm simvolik olaraq, həm beynəlxalq əlaqələrimiz baxımından böyük əhəmiyyət kəsb edir. 30 mart seçkilərində Türkiyə hökumətimizə etimad səsi verdi. Bu, mübahisə doğurmur. Əlbətdə, seçki qutularından çox mesajlar çıxdı. Ancaq bu mesajlardan ən önəmlisi xarici siyasətimizə olan dəstəkdir. 30 mart seçkilərində təkcə partiyamız yox, bütün bölgəmiz, sülh qalib gəlib. Türkiyə tarixindən aldığı güclə içəridə və xaricdə demokratiyanı, hüququ müdafiə etməkdə davam edəcək. Azərbaycan səfərimiz də bu simvolik vurğuya əsasən həyata keçirilməkdədir. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Türkiyə-Azərbaycan münasibətləri nümunəvi mahiyyət qazanıb. Mükəmməl səviyyədə davam edən ikitərəfli münasibətlərimizlə yanaşı Cənubi Qafqazda da önəmli layihələrə imza atırıq.Bölgədə hərtərəfli sülhün təmin edilməsi yönündəki çalışmalara fəal dəstək veririk. Səfərim sırasında prezident Əliyevlə aparacağım danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə davam etdirilən çalışmalar haqqında da fikir mübadiləsi edəcəyik”. 
Ərdoğan Türkiyə Konstitusiya Məhkəməsinin Twitter social şəbəkəsinə qoyulan qadağanı götürməsinə də münasibət bildirib və deyib ki, bu qərara hörmət etmir. “Konstitusiya Məhkəməsində baxılmağı gözləyən o qədər dosyenin olduğu halda 2 gün içində bu məsələyə baxıb qərar çıxarmalarını milli hesab etmirəm. Qərara əməl etmək məcburiyyətindəyik, ancaq hörmət etməyə borclu deyilik” deyə o bildirib.
Türk diplomatik mənbələrdən virtualaz.org saytına verilən məlumata görə,Ərdoğanın Bakıda aparacağı danışırların əsas məqsədi təhlükəsizlik və enerji məsələləri olacaq. Danışıqlar əvvəlcə Əliyevlə Ərdoğan arasında təkbətək keçiriləcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək. Danışıqlar zamanı Suriya və Ukrayna ilə bağlı vəziyyət də müzakirə olunacaq. Danışıqlara hazırda Bakıda səfərdə olan Türkiyə silahlı qüvvələrinin Baş qərargah rəisi Necdet Özelin də qatılması gözlənilir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728