Suraxanının icra başçısı kürsüsünü itirəcəyi ilə bağlı siqnallar alıb

04.04.2014 - 12:57

Suraxanının icra başçısı kürsüsünü itirəcəyi ilə bağlı siqnallar alıb

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 20 gündən artıqdır ki, işə çıxmır
Onun səlahiyyətlərini isə birinci müavin Hüseyn Həsənov həyata keçirir.
Bu barədə PİA.AZ-a daxil olan məlumata əsasən İlqar Abbasovun işə gəlməməsinin səbəbi onun qeyri-rəsmi olaraq vəzifədən alınacağı ilə bağlı aldığı siqnallardı.
Qeyd edək ki, İlqar Abbasov 2005-ci ildən Suraxanı rayon icra hakimiyyətinin başçısı vəzifəsini çalışır. Bu müddətdə isə İlqar Abbasov Suraxanıda ciddi abadlıq və yenidənqurma işləri aparamayıb və bir çox qəsəbələrdə aparılan abadlıq işləri isə kosmetik xarakterli olub. Bildirilir ki, İlqar Ababsov rayon mərkəzindən və ətraf yol kənarından başqa heç bir yerdə ciddi şəkildə abadlıq işləri aparmayıb, aparılan işlər isə keyfiyyətsiz olub.
Misal üçün Əmircan, Hövsan, Bülbülə kimi qəsəbələrdə çəkilən yollar bir neçə dəfə yağış yağdıqdaq sonra sıradan çıxıb və əlavə olaraq sakinlərdən pul toplanaraq yolları yenidən təmir ediblər. Bundan başqa göstərilir ki, İlqar Abbasovun dövründə  Suraxanı rayonunun Bülbülə, Hövsan, Əmircan, Qaraçuxur, Yeni Suraxanı və Zığ bələdiyyələrinin balansında olan on hektarlarla torpaqlar məhz yerli icra hakimiyyətlərinin və bələdiyyə sədrlərinin əli ilə satılıb. Torpaq biznesindən icra başçısının nə az nə çox on milyonlarla qazanc əldə etdiyi bildirirlir. Və bu alqı satqıdan bələdiyyələrin büdsəsinə cüzi miqdarda vəsait ödənilib.
Büdcə vəsaitlərindən, həmçinin digər yollarla əldə etdiyi qazanclar hesabına İlqar Abbasovun paytaxtın müxtəlif yerlərində dəbdəbəli villalara, obyektlərə sahibdir. Hətta Qaraçuxur qəsəbəsində İlqar Abbasovun dəyəri  milyon manatlarla ölçülən bir neçə villasının olduğu deyilir.
Ümumilikdə götürdükdə isə yenidənqurma və abalıq işlərinin görülməsində Suraxanı rayonu Bakının digər rayonlarından, həmçinin Abşeron rayonunuda hiss olunacaq qədər geridə qalıb. 
Elə bu üzdən də PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, İlqar Abbasov uzun müddət bu rayonda çalışmasına baxmayaraq ölkə başçısının ona göstəriiyi etimadı doğrulda bilməyib.
Bildirilir ki, hazırda İlqar Abbasovun yerinə bir çox namizədlər var. Amma ən şanslı namizədlərdən biri də hazırda Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovdur. Çünki Şahin Məmmədovun Ağcabədi rayonunda apardığı abadlıq və yenidənqurma işləri prezidentin diqqətini cəlb edib. (pia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=5603

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728