ABŞ-dan Ankara və Bakı üçün qara xəbər

04.04.2014 - 14:43

ABŞ-dan Ankara və Bakı üçün qara xəbər

Saxta erməni soyqırımını tanımaq layihəsi Senata təqdim olundu
ABŞ Senatına “erməni soyqırımı” ilə bağlı layihə verilib. Sənəd 24 aprel saxta soyqırım günü ilə bağlı hazırlanıb. Söhbət 1915-ci ildə Osmanlı İmperiyasında yaşanmış hadisələrdən gedir. Aprelin 24-də həmin hadisələrin 100 illiyidir. 
Türkiyənin “Hürriyet” qəzeti yazır ki, qarşıdakı həftələrdə Ankara ilə Vaşinqton arasında gərginliyi artıracaq layihəni ABŞ-ın nüfuzlu senatorları – Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez (Demokrat) və anti-türk ovaqtı ilə seçilən Mark Kirk (Respublikaçı) hazırlayıblar. 
Sənəd aprelin 24-nə qədər Senatdan keçməlidir. Əvvəlcə isə o, senatın Xarici Əlaqələr Komitəsində qəbul olunmalıdır. Layihə müəlliflərindən birinin deyilən komitənin sədri olması, onun birinci mərhələdə qəbul edilmə ehtimalını artırır.
Məsələnin təhlükəli tərəflərindən biri də odur ki, Ankara ilə Vaşinqton arasında Gəzi Parkı olaylarından bəri artmağa başlayan gərginlik qalmaqdadır və üstəlik, Türkiyənin ABŞ-dakı səfiri kürsüsü də yeni təyinatdan dolayı hələ ki boşdur.
Layihənin Senatdan keçməsinin qarşısını almaq üçün Türkiyənin fəal diplomatik fazaya keçəcəyi şübhəsizdir. Bu məsələdə Ankaraya Azərbaycandan da dəstək verilməsi isə bir zərurətdir. Çünki saxta erməni soyqırımının dünyada tanınması təkcə Türkiyə üçün başarğısı deyil, həm də dəfələrlə erməni təcavüzünə məruz qalmış Azərbaycan xalqını yaralayan məsələdir. Bu baxımdan Azərbaycan diplomatiyası da layihənin qəbulunu əngəlləmək üçün fəaliyyətə keçməlidir.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728