Dəniz Qüvvələrinin sabiq Qərargah rəisi tutuldu

04.04.2014 - 14:46

Dəniz Qüvvələrinin sabiq Qərargah rəisi tutuldu

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi, HDQ-nin keçmiş komandanı vəzifəsini icra edən I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb. Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Qeyd edilir ki, HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində Yunus Məmmədov aprelin 3-də istintaqa çağırılaraq ona qarşı ittiham elan olunub. Bundan sonra onun saxlanması ilə bağlı qərar verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl HDQ-nin komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov işdən çıxarılaraq sərəncama göndərilmişdi. HDQ-nin qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. O, həm də HDQ-nin komandanı vəzifəsini icra edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930