Eldar Əzizovdan müəllimələrə qırmızı paltar qadağası

04.04.2014 - 16:46

Eldar Əzizovdan müəllimələrə qırmızı paltar qadağası

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov daha bir qeyri-adi addım atıb. Belə ki, o, Sumqayıtdakı orta məktəblərdə çalışan müəllimələrə müəyyən qadağalar qoyub.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumatlarda qeyd olunur ki, müəllimələrin qırmızı rəngli paltarlar geyib məktəbə gəlməsi qadağan edilib. 1 nömrəli internat məktəbinin və “Təfəkkür” liseyinin müəllimələrinə isə parlaq dodaq boyası çəkmək və dikdaban ayaqqabı geyinmək, zinət əşyaları taxmaq yasaqlanıb.
Xəbərdə o da deyilir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti növbəti tədris ilindən müəllimlərin vahid formaya keçməsinə göstəriş verib.
Virtualaz.org saytı bu xəbərlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən xəbəri nə təsdiq, nə də təkzib etdilər: “Bilmirəm xüsusi tapşırıq verilib, ya yox. Sizin uşağa dodaqları qırmızı boyalı, mini yubkalı müəllimənin dərs deməsinə razı olardınız? Müəllimə nümunəvi geyinməlidir də. Bəziləri lap qızıl mağazasına oxşayır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5612

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031