"Azəriqaz"da nə baş verib?

04.04.2014 - 17:22

“Azəriqaz”da nə baş verib?

Bu strukturda baş verən son hadisələrin pərdəarxası nədir?
Artıq bir neçə gündür ki, mətbuatda Azərbaycanda mövcud qaz itkiləri ilə bağlı ciddi araşdırma faktları təqdim edilir. Məlumatlarda hər bir rayon üzrə real qaz itkiləri konkret rəqəmlərlə göstərilir. Bəlli olub ki, real rəqəmlər rəsmi statistikada ən azı 2-3 dəfə azaldılır. “Bizim Yol” qəzetinin son sayında dərc olunan məqaləyə görə, “Azəriqaz” İstehsalat Birliyi ötən il itkilərin 7,2 faiz olduğunu bildirsə də, mövcud sənədlərdə bu rəqəm 18 faizdən az deyil. 
Mətbuatda o da vurğulanır ki, “Azəriqaz” İB ilə bağlı yayılan məlumatlardan sonra bu strukturdan bir neçə şəxs vəzifəsindən uzaqlaşdırılıb. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, məlumatın mətbuata sızmasında günahlandırılan iki şöbə rəisi və “Azəriqaz” sədrinin müavini işdən çıxarılaraq, daha aşağı vəzifəli işə təyin olunublar. “Azəriqaz” İB-nın sədrinin ümumi məsələlər üzrə müavini Ziyad Cəlilov Dövlət Neft Şirkətinin (ARDNŞ) Geologiya və Geofizika İdarəsinə müavin, İB-nın satınalmalar şöbəsinin rəisi Behbud Hüseynov ARDNŞ-ın Neft Kəmərləri İdarəsinə göndərilib.
İTRON sayğaclara nəzarət şöbəsinin rəisi Fərid Mustafazadə isə vəzifəsindən uzaqlaşdırılaraq ASAN xidmətə qrup rəhbəri təyin olunub. Həmin qrup ASAN-da abonentlərə arayış və itmiş kartların yenilənməsi kimi işləri həyata keçirəcək. Qeyd edək ki, qaz itkiləri haqda əsas məlumat bazası və onun saxtalaşdırılmasına dair məlumatlar məhz İTRON sayğaclara nəzarət şöbəsində yerləşir. 
M.Qəhrəmanlı bildirir ki, bu şəxslərin cəzalandırımasına dair xəbərlər ciddi ajiotaj yaratmasına deyə onları başqa işlərə keçiriblər. “Azəriqaz”dakı dəyişikliklərin bir səbəbi kimi də Lökbatan qəsəbəsində baş vermiş məlum kütləvi zəhərlənmə hadisəsi göstərilir. Bundan başqa məlumatlı mənbələrdən əldə etdiyimiz informasiyaya görə, gələn həftə “Azəriqazda” Hesablama PAlatasının yoxlaması da aparıla bilər.
Mətbuatda gedən məlumatlarla bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayevin fikirlərini öyrəndik. Mətbuatda gedən məlumatlarla tanış olduğunu deyən A.Ağayev vurğuladı ki, adları çəkilən şəxslərin heç birinin işdən azad olunması əmri verilməyib. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5613

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728