Müdafiə Nazirliyində yeni həbs dalğası gözlənilir

04.04.2014 - 17:26

Müdafiə Nazirliyində yeni həbs dalğası gözlənilir

Bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər”.
 
Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
 
O, hələ ki, mətbuata demədiyi ciddi faktların olduğunu bildirib:
 
“Bizim mətbuata demədiyimiz son dərəcə ciddi faktlar var. Təsəvvür edin ki, Hərbi Dəniz Qüvvələri üçün İsraildən son dərəcə bahalı gəmi boyaları alınmışdı. O boyalar gəmilərə həm onları korroziyada, dağılmadan, həm də möhkəmliyi nöqteyi-nəzərindən çəkilirdi. Amma bizim çiynində yekə ulduz gəzdirən bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər. Bu, bəzi mütəxəssisləri dəhşətə gətirmişdi. FAB boyalarının təyinatı tamam başqa məqsədlər üçündür. Gəmi boyası başqa təyinatlıdır”.
 
Ekspert yaxın günlərdə yenə həbslərin olacağını deyib:
 
“Təsəvvür edin ki, qərargah rəisi nizamnamə qaydalarını pozmağa görə həbs edilir. Çox gülünc maddədir. Bu növbətçi maddədir və sonrakı günlərdə ona qarşı başqa maddələrin də irəli sürülməsi nəzərdə tutulub. Açığını deyim, Yunus Məmmədovdan sonra növbə Müdafiə Nazirliyindəki bir neçə yüksək rütbəli şəxslərin olacaq. Amma onların həbs olunma ehtimalı bir qədər azdır. Onlarla bağlı müvəqqəti qərar qəbul ediləcək, faktiki olaraq azad olacaqlar”.
 
Qeyd edək ki, bu gün Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi polkovnik Yunus Məmmədov həbs edilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5614

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930