Eldar Əzizov yenə şagirdləri dərsdən yayındıracaq

05.04.2014 - 10:42

Eldar Əzizov yenə şagirdləri dərsdən yayındıracaq

Sumqayıtın icra başçısı parada hazırlıqlara başlayır
Hər il olduğu kimi bu il də Sumqayıtda orta məktəblərin yuxarı sinif şagirdləri aprel-may aylarında təhsil almaqdan məhrum edilirlər. Buna səbəb yaxın zamanlarda keçiriləcək parada hazırlıqlarla bağlıdır. Bu barədə musavat.com-a bir qrup Sumqayıt şəhər sakini məlumat verib.
Onların sözlərinə görə, hər gün orta məktəblərin yuxarı sinif şagirdləri təhsil müəssisələrindən çıxarılaraq, parada hazırlıqlarla bağlı məşq keçirilən əraziyə aparılır. Sakinlər onu da bildirdilər ki, bu barədə Sumqayıtın icra başçısı Eldar Əzizov birbaşa göstəriş verib
Sumqayıt şəhər sakini Tahir Mustafayev şəhərin bütün məktəblərində bu halların baş alıb getdiyini qeyd etdi: “Hazırda Sumqayıtda təhsilin səviyyəsi sıfıra enib. Bu da məktəblilərin təhsildən yayındırılıb, küçələrə tökülməsi ilə əlaqədardır. Aprel, may aylarında ümumiyyətlə dərs keçirilməyəcək. Hər kəsi parada cəlb edirlər. Eldar Əzizov icra hakimi təyin olunandan bu hallar baş verir.
Keçən il də şagirdləri dərs adı ilə məktəblərə çağırıb, demək olar ki, hər gün məşqə aparırdılar. Səbəbini öyrənməyə çalışırıq. Amma bizə bu barədə məlumat vermək istəmirlər. Mən valideyn iclasında bu barədə fikir səsləndirdim. Amma sinif rəhbəri konkret mənə dedi ki, bu tapşırıq “yuxarıdan” gəlib, yəni bizlik deyil. Ən çox bundan çətinlik çəkənlər ali məktəbə hazırlaşan şagirdlərdir. Bu şagirdlərə imtahanqabağı ciddi zərbədir. Açıq-aşkar aldıqları təhsildən şagirdlər birbaşa uzaqlaşdırılır”.
Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas şagirdlərin dərslərdən çıxarılmasını qanunsuzluq adlandırıb: “Hər il Sumqayıtda bu hal baş verir. Bu, tamamilə qanunsuzdur. Tapşırıq birbaşa icra hakimindən gəlib. Adətən bu, yuxarı siniflərə aid olur. Sovet dövründə də belə hallar baş verirdi. Yəni o dövrdən qalma bir psixologiyadır. Heç kimin, hətta direktorun belə şagirdi dərsdən buraxmağa, icazə verməyə, bəzi hallar istisna olmaqla, ixtiyarı yoxdur”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5618

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930