Zaur Hüseynov Tağı Əhmədova vəzifə təklif etdi

05.04.2014 - 11:18

Zaur Hüseynov Tağı Əhmədova vəzifə təklif etdiBir müddət əvvəl Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar vəzifəsini itirən Tağı Əhmədova yeni vəzifə təklif edilib.   “Axar.az” “Aznews.az” a istinadən xəbər verir ki, QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteninin sabiq şefi ilə bir yerdə işləməyi məqsədəuyğun hesab edərək, bununla bağlı yuxarı instansiyaya təklif ünvanlayıb. Təklifdə qurumun sədr müavini postuna Tağı Əhmədov təyin olunması istənilir, bununla bağlı müvafiq əmrin verilməsi xahiş edilir.   Məlumatda bildirilir ki, bu ay ərzində prezident İlham Əliyev QSC-nin yeni əsasnaməsinin tətbiqi ilə bağlı sərəncam verəcək və bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi rəsmiləşəcək. Xatırladaq ki, Tağı Əhmədov Bakı Metropoliteninin rəisi olub. Bu il fevralın 26-da isə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti ləğv edilərək, onların bazasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun sədri isə Zaur Hüseynov təyin olunub. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5623

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930