Jirinovski azərbaycanlılardan xaş istədi

05.04.2014 - 12:19

Jirinovski azərbaycanlılardan xaş istədi

Ermənilər hər səhər mənim xaşımı gətirir”. Moskvadakı Azərbaycan diasporunun nümayəndələrindən biri Publika.Az -a deyib ki, bu barədə Vladimir Jrinoviski azərbaycanlılara irad tutarkən deyib. 
Sayt bildirir ki, Vladimir Jrinoviskinin Azərbaycana qarşı son iddialarını araşdırarkən onunla bağlı bəzi maraqlı məlumatlar əldə edib. 
Jrinoviski ermənilərin hər səhər ona xaş gətirdiyini özü deyib və azərbaycanlılara “Moskvada bu qədər restoranınız var, amma bir dəfə səhər mənə xaş gətirdiyinizi görmədim” deyə irad tutub.
Jrinoviskinin partiyasının əsasən ermənilərlə işlədiyi məlumdur. Hətta bir neçə il öncə onun partiyasından yüksək vəzifə tutan bir erməni həbs edilmişdi.
 Diaspor fəalı deyib ki, Rusiyadakı tanınmış azərbaycanlılar Jrinoviski ilə işləməkdən imtina edirlər. Onu qeyri-ciddi adam gözündə görməklə yanaşı, buna səbəb Jrinoviskinin Kremlin adamı olması, yəni “xətadan uzaq durmaq” prinsipidir.
 “Burda diaspor rəhbərliyində olanlar, xüsusilə Rusiyada biznes qurmuş azərbaycanlıların adətən Kremlin istəyinə zidd addım atmırlar. Əgər Kreml Jrinoviskinin arxasından çəkilsə, vəziyyət başqa cür olardı. Jrinoviski də bundan istifadə edir. Onun azərbaycanlılara qarşı münasibətinin səbəbləri bir qədər qəribədir. Burda daha çox şəxsi məsələ üstünlük təşkil edir. Hətta bir dəfə bizimlə görüşəndə “bu qədər restoranınız var, amma mənim xaşımı hər səhər ermənilər gətirir” deyə bildirmişdi. Yarızarafat, yarıciddi azərbaycanlılara münasibətinin dəyişməsi üçün bizdən xaş qonaqlığı da istəmişdi”-deyə adının açıqlanmasının istəməyən azərbaycanlı bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5625

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930