Türk mətbuatı Əliyev-Ərdoğan görüşünün gizli detallarını açıqladı

05.04.2014 - 12:57

Türk mətbuatı Əliyev-Ərdoğan görüşünün gizli detallarını açıqladı

Ərdoğanın İlham Əliyevdən xahişinə Azərbaycan prezidentinin cavabı nə olub?
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri  türk mətbuatında  “sürpriz  səfər” kimi qiymətləndirilib.
Avropa.info xəbər verir ki, türk mətbuatı əsasən Azərbaycan prezidenti İlham Əliyevlə, Türkiyənin  baş naziri Ərdoğanın mətbuat konfransındakı verdikləri mesajlara diqqət çəkib. Türkiyə mətbuatı əsas diqqəti  liderlərin   “hizmət” hərəkatı və “camaat”a  məxsus  təhsil müəssələrinin bağlanıb -bağlanmayacağı ilə bağlı açıqlamalarına çəkib.
Ərdoğanın mətbuat konfransında ” Azərbaycandakı  “camaat”  məktəblərinə yönəlik bir tələbiniz oldumu” sualına “Təbii ki, ölkələrimizdə hər hansısa sıxıntı varsa, ölkəmizi rahatsız edirsə, aramızda dəyərləndiririk” cavabı verməsi də türk mətbuatının  gündəmindədir. 
Türk mətbuatı  “hizmət” hərəkatı və “camaat” məktəbləri ilə bağlı  İlham Əliyevin verdiyi cavaba isə daha diqqət çəkib. “Azərbaycandakı  “camaat” məktəbləri ilə bağlı sizin fikiriniz necədir?  Azərbaycanda yüksək vəzifəli məmurların vəzifələrindən alındığı bildirilir, vəzifələrindən alındılarmı?” – sualına İlham Əliyev  Ərdoğanla sıx-sıx görüşdüklərini ifadə edib. “Qardaşımla görüşürəm. Müttəfiqik, qardaşıq. Münasibətlərimizə zərrə qədər zərər verəcək addımı biz qəbul etmirik, imkan vermirik. Bir-birimizin yanındayıq. Biz belə qardaşlardanıq.”
Bu arada Türkiyə mətbuatı Əliyev – Ərdoğan görüşünün gizli detallarından yazıb. Yayılan məlumatlarda bildirilir ki, Azərbaycan prezidenti ilə görüşdə baş nazir  Türkiyənin güvənliyinə təhdid edildiyini bildirib. Ərdoğan İlham Əliyevdən Azərbaycandakı  “camaat” məktəbləri məsələsinə önəm  verməsini xahiş edib. Prezident İlham Əliyev də, Azərbaycanın bu məktəblərlə bağlı iş apardığını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930