Qadınlara güllə atan deputat oğlu şirkət rəhbəri imiş

05.04.2014 - 14:21

Qadınlara güllə atan deputat oğlu şirkət rəhbəri imiş

Ayaz Orucovun oğlu “İndesit”in sahibidir
Bir müddət əvvəl deputat Ayaz Orucovun oğlu ilə bağlı qalmaqallı məsələ ortaya çıxmışdı. Həmin məlumatlarda deyilirdi ki, deputatın oğlu yolda onunla paralel avtomobil sürən iki qadının maşınına güllə atıb. Həmin məlumatlarda vurğulanırdı ki, sözügedən şəxs polis tərəfindən saxlanılsa da, sonradan buraxılıb. 
Deputatın oğlu heç də kiçik şəxs sayılmır. Belə ki, onun əmisi ilə birlikdə (təbii ki, deputat atasının yardımı əsasında-red.) bir neçə iri şirkətləri var. Həmin şirkətlər sırasında ən məşhuru isə “İndesit”dir. Məişət texnikası və mebel avadanlıqlarının satışı ilə məşğul olan “İndesit” şirkətinin illik dövriyyəsi ilə milyonlarla manatlarla ölçülür. 
Məlumatlarda o da deyilir ki, bu şirkətin böyüməsi və varlanmasının əsas səbəbi Ayaz Orucov “Qaçqınkom”da işlətdiyi vaxt məcburi köçkünlər üçün tikilən mənzillərin təhciz edilməsi olub. Belə ki, elan edilmiş tenderlərin böyük əksəriyyətinin qalibləri deputata yaxın olublar və onlar da zəruri avadanlıqların alınmasını “İndesit” vasitəsi ilə həyata keçiriblər. (jam.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=5629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930