Bakı-Tbilisi-Ceyhan kəməri təhlükə altında

05.04.2014 - 15:55

Bakı-Tbilisi-Ceyhan kəməri təhlükə altında

Rusiya sərhədçiləri boru kəmərinin keçdiyi ərazilərdə Cənubi Osetiyanın sərhədlərini irəliyə çəkməyə başlayıb
Rusiya sərhədçiləri Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin keçdiyi ərazilərdə Cənubi Osetiyanın sərhədlərini irəliyə çəkməyə başlayıb. Son bir neçə gündə Qorinin Xurveleti və Bobnebi yaşayış məntəqələri istiqamətində sərhədlər 300 metrə qədər irəliyə çəkilib.
ANS TV-nin Gürcüstan bürosunun müxbirinin verdiyi məlumata istinadən, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin bir hissəsidə bu ərazidən keçir. Elə əraziyə təxminən 250 metr aralıda da dövlət sərhəddini bildirən lövhələr yelrəşdirilib. Bu ərazidə yaşayan sakinlər isə bildirirlər ki, həmin bu yazı lövhəsi 1 həftədir ki, bura yerləşdirilib. Əvəllər isə bu yazı təxminən 600 metr kənarda idi.
Gürcüstan sərhədçiləri isə ərazilərin irəli çəkilməsini son bir ayda daha çox müşahidə etdiklərini bildirirlər. Sərhədçilərdən onuda öyrəndik ki, Xurvelet kəndi yaxınlığında olan yüksəkliklərədə nəzarəti artıq Rusiya sərhədçiləri ələ keçirib. Bu istiqamətlərdə sərhədd olduğunu bildirən bannerlər yerləşdiriblər. Xurveleti kəndinin daxili yollarındada tikanlı məftillər quraşdırılıb. Sakinlər artıq çıxılmaz vəziyyətdə qaldıqlarını bildirirlər.
Qori sakini Marina Elkanaşvilinin sözlərinə görə, onlar burda qorxu içində yaşayırlar: “Çünki bu gün gəzdiyim Gürcüstan torpağı sabah ayılırıq ki, Osetiya torpağıdır. O qədər olub ki, tutub çobanları aparırlar. Soçi Olimpiya oyunları zamanı sərhədləri daha çox irəliyə çəkdilər. Hətta elə oldu ki, bir neçə kənd sakinin evi işğal olundu”.
Dmitri Saberaşvili isə qeyd edir ki, hazırda sərhəd zolağında öz yerim vardı: “Onları başa düşmək olmur. Dünən yerləşdirdikləri sərhəd sabah baxırsan ki, birazda qabağa gəlib. Axrıncı dəfə 3-4 gün əvvəl külək vurdu sərhəddi bildirən lövhəni aşırtdı səhər durduq gördük ki, həmin lövhəni gətirib bir azda qabağa qoyublar. Onlara nə deyək ki, onsuzda dünya aləm veclərinə deyil. İstəkdilərini edirlər”.
Cənubi Osetiya sərhədlərinin irəli çəkilməsinə isə Gürcüstan rəsmiləri hələliki heç bir münasibət bildirmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728