Kürdəmirdə 17 mindən çox sakin tibbi müayinədən keçib

03.03.2016 - 00:28

rrÖlkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən, respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da tədbirlər planına uyğun olaraq fevralın 15-dən əhalinin ümumi tibbi-profilaktik müayinəsi aparılır.
İki həftə ərzində 17 min 269 nəfər müayinədən keçib. Hər gün orta hesabla 1150-1200 nəfər müayinə olunur. Müayinədən keçənlərdən 1135 nəfəri ambulator, 186 nəfəri stasionar müalicəyə cəlb edilib. 64 nəfər isə Bakı şəhərinə ixtisaslaşmış klinikalara göndərilib.
Sakinlərin tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında, poliklinika şöbəsində, uşaq xəstəxanasında, Karrar və Mollakənd kənd xəstəxanalarında, habelə 13 həkim ambulatoriyasında aparılır. İxtisaslı həkimlərdən təşkil olunan səyyar briqada da hər gün qrafik üzrə yerlərdə olur, imkanı olmayan vətəndaşları evlərində müayinədən keçirirlər.
Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçına minnətdarlıqlarını bildirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=56340

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930