Kəlbəcər təhsil şöbəsinin sabiq müdirinə cinayət işi açılıb
Kəlbəcər təhsil şöbəsinin sabiq müdirinə cinayət işi açılıb

Korrupsiya qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsi Məhəmməd Bağırovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərarı icra üçün təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərib.
Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdiri M.Bağırov təkcə 2011-2012-ci ilin tədris ilində büdcədən 560 min manatı mənimsəməklə israfçılığa yol verib. Kəlbəcər İcra hakimiyyətinin təşkil etdiyi yoxlama nəticəsində Təhsil Şöbəsinin anbarında da 2011, 2012, 2013-cü illər əırzində büdcə vəsaiti hesabına alınmış inventar avadanlıqların nazirlik, idarə, təşkilat və digər şirkətlər tərəfindən verilmiş inventar və avadanlıqların alınması və məktəblərə paylanması vəziyyətinə dair 26.05.2013-cü il tarixli arayışa əsasən anbarda aparılan yoxlama zamanı komissiya göstərilən illər ərzində anbardar Mehdiyev Elburus Aydın oğlunun 127 min 662 manat 72 qəpik dəyərində inventar çatışmazlığı aşkar edilib. Bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılan Kəlbəcər rayon təshil şöbəsinin müdiri Məhəmməd Bağırovun fəaliyyətinə dair irihəcmli korrupsiya cinayətləri, saxta diplomlar və digər qanunsuzluqlar üzə çıxması barədə araşdırmaçı jurnalist Ərşad İbrahimov Korrupsiya Qarşı Mübarizə İdarəsinə, eləcə də Təhsil Nazirliyinə araşdırma təqdim etmişdi.
Hazırda Korrupsiya Qarşı Mübarizə İdarəsində Kəlbəcər Təhsil Şöbəsində baş verən iriçaplı korrupsiya və digər qanunsuzluqlarla bağlı qaldırılmış cinayət işinin istintaqı davam edir.
“Azadlıq” qəzetinin əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. E.Sultaniov xəbəri təsdiqləyib. O, bildirib ki, bu barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5635