Fətullah Gülən hökuməti özü alır

06.04.2014 - 12:58

Fətullah Gülən hökuməti özü alır

25 ildir “camaat”a xidmət edən Fətullah Gülən barədə təəccüb doğuracaq iddialar səsləndirilib.
“Axar.az” xəbər verir ki, bu barədə gülənçilər içərsində bir müddət xidmət etmiş Prof. Dr. Əhməd Kələş danışıb.
 
Kələş Gülənin heç bir zaman peşmançılıq hissi keçirmədiyini və tövbə etmədiyini bildirib: “Fətullah Gülən hökuməti özü alır. Sərhədləri özü təyin edir, onun üçün heç kim sərhəd qoya bilməz”.
 
Bu ölkə istəsə, Gülənin qulağını özünə çəkdirər
 
Türkiyənin böyük təhlükə ilə qarşı-qarşıya olduğunu iddia edən Kələş, “Bu ölkə istəsə, Fəthullah Gülənin öz qulağını özünə çəkdirər. Bu ölkə hələ necə bir təhlükə qarşısında olduğunu bilmir”, – deyib.
Prof. Dr. Əhməd Fətullah Gülənin yeganə istinad mənbəyinin İslam olduğunu, bazasını müsəlmanların təşkil etdiyini bildirib. 
 
Yeni hücumlara hazırlaşırlar
 
Seçkilərdən Baş nazir Ərdoğanın qələbə ilə çıxmasını da dəyərləndirən Kələş bildirib: “Millətimizin seçkilərdə göstərmiş olduğu sağlam fikrə, ölkənin Baş nazirinə sahib çıxan hər kəsə təşəkkür edirəm. Millətimiz bu ölkənin elə də asan yıxılmayacağını göstərmiş oldu”.
 
Kələş hələ hər şeyin bitmədiyini, yeni oyunların planlaşdırıldığını qeyd edərək, növbəti həmlələrə hazır olmağın vacibliyini bəyan edib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5648

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930