Dağlıq Qarabağın statusu dəyişə bilər – Şok iddia
Dağlıq Qarabağın statusu dəyişə bilər – Şok iddia
“Dağlıq Qarabağın statusu dəyişə bilər”. “Axar.az” xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, son günlər Azərbaycanın müxtəlif siyasi və hərbi liderlərin səfərləri mərkəzinə çevrildiyini bildirib. “Azərbaycana Ərdoğanla, Baş Qərargah rəisi gəlir. Onlardan öncə isə Türkiyənin Quru Qoşunlarının komandanı Hulusi Akar Bakıda olur. Rusiyanın Baş Qərargah rəisi Valeriy Gerasimov aprelin 7-də bu ölkəyə gedəcək. Nədənsə Kerri də bura gəlir. Ən qəribəsi isə Azərbaycanın Türkiyə ilə konfedirativ dövlət yaratmaq istəklərinin olmasıdır. İran isə istənilən vədə bu ölkəni dini radikalları ilə qarışdıra bilər. Çox güman ki, Qarabağın statusunda xüsusi dəyişiklik olmalıdır. Mənə elə gəlir ki. cənab Gerasimov bunu artıq anlayır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5649