Sumqayıt mühafizə polisinin rəisinə korrupsiya ittihamı

06.04.2014 - 14:48

AzTV rəhbərinin qardaşı dövlət başçısını ələ
salmaqda ittiham olunur


 

İsmayıllı rayonunun Kürdüvan kənd sakini, Rəfail
Cəlalov “Yeni Cumhuriyyət”ə yazdığı şikayət məktubunda oğlunun işi ilə bağlı
iki ildə başına açılan oyunlardan bezdiyini qeyd etməklə yanaşı ölkədəki mövcud
duruma etiraz etdiyini bildirir: “Axı nə qədər şikayət etmək, məktub yazıb
teleqram vurmaq olar? Məgər bu ölkədə qanunlar işləmir? Konkret olaraq demək
istəyirəm ki, Azərbaycanda hər şey reklamdı, qanunları məmurlar tapdalayırlar. Bu
ölkədə heç kimin şikayətinə baxılmır, heç kimin məktubu oxunmur. Dövləti dələduzlar
ələ keçirib istədikləri kimi idarə edirlər.

Şikayətçi Rəfail Cəlalov yazır: “2011 ci-
ilin iyul ayında Sumqayıt şəhər mühafizə idarəsinin rəhbərliyi məndən 2000
manat rüşvət alıb, oğlum Səxavət Cəlalovu gözətçi qismində işə götürüb. Məndən
pulu idarənin kadrlar şöbəsinin işçisi Araz Cavadov oğlum Səxavət və Əhmədəli
Əhmədovun yanında alaraq bildirdi ki, rəis Akif Alışanovla danışıb işi həll edəcək.
Bu pulu mən həyətimdəki üç sağmal inəyimi sataraq onlara verdim ki, oğlum cüzi
də olsa, iki körpə balasını işləyib dolandıra bilsin. Güya ki, oğlum işdə iki dəfə
rejim qaydasını pozub. Həmin bəhanə ilə oğlumdan iki dəfə, hər dəfə də 50 manat
pul alıblar. Bu iyrənc hərəkətlərini onlar 3- cü dəfə də həyata keçirməyə nail
olublar. Belə ki, oğlumu idarədə posta təyin ediblər”.

“Güya hərbi salam vermədiyinə görə işdən kənarlaşdırılıb”

Rəfail Cəlalov qeyd edir ki, oğlu idarənin həyətindəki
postda olanda, rəis Akif Alışanov idarənin həyətinə daxil olub. İddialara görə
güya həmin vaxt oğlum Səxavət onlara hərbi salam verməyib, gecikib və buna görə
də işdən kənarlaşdırılıb. Mən rəis Akif Alışanovun qəbuluna getdim və xahış etdim
ki, oğlumu işə qaytarsın. Rəisin diqqətinə çatdırdım ki, oğlumun himayəsində
iki azyaşlı körpəsi var və bunu nəzərə alsın. Rəis qəti şəkildə, bir az da
kobudcasına mənə dedi ki, bu mümkün deyil, oğlunuz qanunu pozub. Ancaq hansı
qanunu necə pozub, bu haqda heç nə deyə bilmədi. İşin düzəlməyəcəyini görüb mən
ondan vaxtı ilə rüşvət kimi verdiyim 2 min manatı geri qaytarmasını tələb etdim.

“Oğlunuz işləyib o, pulu maaşla çıxardıb”

Rəfail Cəlalov: Mən rəisdən pulu geri tələb
edəndə o, mənə cavab verdi ki, oğlunuz işləyib dediyiniz pulu maaşla çıxardıb. Mən
ona sizin əməllərinizdən şikayət edəcəyimi bildirdim. Akif Alışanov üstümə
qışqıraraq bildirdi ki, hara gedirsən get, kimə istəyirsən şikayət et, onsuzda
prezidentdən yuxarı heç kim yoxdur. İndi də eşitdiyimə inana bilmirəm. Yəni bu
xırda məmurlar belə qudurublar ki, hətta prezidenti də əla salırlar. Dediyim
adamlar həm mənim pulumu alıblar, həm oğlumu şər- böhtanla işdən çıxarıblar, hələ
bir utanmadan üstümə də qışqırırlar. Mən mətbuat vasitəsilə müraciət edirəm və
xahiş edirəm ki, əlaqədar qurumlar Sumqayıt mühafizə idarəsinin rəisi, Akif
Alışanov, onun işçiləri Araz Cavadov və Əliyar Əhmədov barəsində tədbir görsünlər,
məndən aldığı pulu geri qaytarsın. Mən ölkə rəhbərliyindən vaxtaşırı belə
azğınlaşmış məmurlar barəsində ciddi tədbirlər görməsini xahiş edirəm ki, mənim
kimi digər məzlum insanların başına belə oyunlar açmasınlar. Belə məmurlar
etdikləri hərəkətləri ilə bizləri bu dövlətdən iyrəndirirlər.


 

“Hazırda mən işsizəm, necə bilərəm ki, orda nə baş verib”

Yazıda adı hallanan əslən İsmayıllı
rayonunun Xankəndindən olan Əhliyar Əhmədov bildirir: “Əvvəldə bəli mən həmin
idarədə serjant kimi işləyirəm. Sonradan mən nəçiyəm ki, belə şeyləri biləm, axı
mənim vəzifəm yox ki, nə isə həll edim. Mən bilmirəm onu işə kim götürüb nə qədər
pul alıb, pulu kim alıb mən işsiz adamam hazırda evimdə oturmuşam. Mən o, məsələni
haradan bilə bilərəm. Kim nə verib, kim nə edib mənim heç nədən xəbərim yoxdur.
Gərək bir təşkilatda işləyəsən biləsən ki, kim nə edir mən. Oturmuşam evimdə, nə
bilim kim nə edir. Hazırda işsizəm heç harda işləmirəm”.


 

“Bura daxili işlər nazirliyinin orqanıdı.Burda rüşvət alınmır”

Yazıda adı hallanan Sumqayıt mühafizə idarəsinin
kadrlar şöbəsinin rəisi,Araz Cavadov isəhaqqında deyilənləri yalanlamağa
çalışıb; “Bəli, Əhliyar Əhmədov hazırda bizim idarədə işləyir.Səxavət Cəlalov
adında vətəndaş bizdə işləyib,ancaq ciddi qanun pozuntularına görə təxminən 6
ay bundan qabaq işdən  kənarlaşdırılıb.Vətəndaş
çox söz deyə bilər, indi mən də deyim ki,filankəs məndən rüşvət istəyib,  sübut olmalıdır kim istəyib, harda verilib? Bura
daxili işlər nazirliyinin orqanıdır, bizdə rüşvət alınmır.Nazirlikdə təhqiqat
idarəsi var. Səxavət Cəlalovun bütün sənədləri burdadı.Marağı olan şəxs buyurub
gəlib yoxlaya bilər.Səxavətin atası mənim yanımda olmayıb, ola da bilməz. O heçrəisin
yanında da olmayıb, yalan danışır.Mən sizə sual verirəm postu özbaşına tərk
edib gedən adam bu işdə qala bilərmi?Onu dövlət bankına posta təyin ediblər,
bir neçə dəfə növbəsində postu özbaşına tərk edib gedib.Bəs bu boyda
qanunsuzluğu atası niyə demir? Təsəvvür edin dövlətin bankına səni posta təyin
edirlər, yoxlama zamanı məlum olur ki,sən yerində deyilsən, nə bilim öz işinin
dalınca getmisən. Birdən bankda hər hansı hadisə oldu,basqın oldu. Deməzlər
ki,hanı sizin mühafizəçiniz.Ona görə də qanunda nəzərdə tutulmuş qaydada  cəzalandırılıb, işdən xaric olunub.Əvvəlki dəfələrdə
xəbərdarlıq olunub, bağışlanıb. Daha neçə dəfə olar, axı bu oyun oyucaq
deyil.Bu adam həmişə bu və digər halda daxili qaydaları pozub,nizam- intizama əməl
etməyib”.

Yeri gəlmişkən, cumhuriyyət. az olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, qeyd edək ki, Sumqayıt  şəhər Mühafizə İdarəsinin rəisi  AlışanovAkif 
Nizam oğlu
“Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri,
deputatAlışanov Arif Nizam oğlunun
qardaşıdır. Alışanov Akifin rəhbərlik etdiyi
Sumqayıt  şəhər Mühafizə İdarəsində
baş verən ozbaşınalıqlar, qanuna zidd hərəkətlər, eləcə də mühafizə idarəsinin
Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birləşib şəhərdə olan bir çox müəssisələrdən,
ticarət obyektlərindən əlavə haqq almasına dair redaksiyamıza ilginc məlumatlar
daxil olub. Eyni zamanda həmin məlumatlarda qeyd olunur ki, əslən Qubadlıdan
olan Akif Alışanov həmyerlilərindən ibarət “idarəetmə ansamblı” yaradaraq digər
vəzifəli şəxslərin də səlahiyyətlərini onlara verib. İdarə rəisi AzTV sədri,
deputat qardaşı Arif Alışanova arxalanaraq qanunları pozur, özünü “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə
aparır,mühafizə polisində diktatura rejimi yaradıb. Akif Alışanovun rəhbərlik
etdiyi mühafizə polisində bütün işlərin onun və yerlilərinin əlində cəmləşdiyini
bildirən mənbə 200 nəfərdən artıq işçisi olan idarədə rəisin “ölü canlar”
saxladığına, hətta öz işçilərindən də rüşvət almasına dair iddialar yer alıb.

Sumqayıt 
şəhər Mühafizə İdarəsində baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumatlarla
bağlı araşdırmalarımız davam edir. Bizi izləyin.


 

Orxan


Short URL: http://www.cumhuriyyet.net/?p=5653

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930