Heydər Əsədovdan İsmət Abbasova həbs təhlükəsi

06.04.2014 - 15:22

Kənd təsərrüfatı naziri sələfi ilə bağlı Baş Prokurorluğa dosye təqdim etmək niyyətindədir

Keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini vəzifəsində işləyən Ismət Abbasov aqrar sahəni kurasiya etsə də, xələfi Heydər Əsədov onunla hesablaşmır. Nəqliyyat naziri Ziya Məmmədovun qudası, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın dostu olan Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunan kimi Ismət Abbasovun kadrlarını işdən çıxarmağa başladı.
Bununla da iki məmur arasında gərginliyin əsası qoyuldu. Əslində vəziyyətin belə olacağı gözlənilən idi. Çünki Ismət Abbasov kənd təsərrüfatı naziri olanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovla vuruşurdu. Maraqların toqquşması bu iki naziri üzə-üzə gətirmişdi. Bəzi vaxtlarda savaş açıq müstəviyə keçirdi. Əlbəttə ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin olunmasında rolu olduğu bildirilən və bununla aqrar sektora təsir imkanları qazanan Kəmaləddin Heydərov Ismət Abbasovun başqa vəzifəyə keçirilsə də, kurator olaraq yenidən bu sahədə söz sahibi olmasını qəbul edə bilməzdi.
Məlumatlara görə, artıq Heydər Əsədovla Ismət Abbasov arasında gərginlik pik həddə çatıb. Heydər Əsədov nəinki Ismət Abbasovun kadrlarını işdən çıxarır, eyni zamanda sələfinin həbsinə səbəb ola biləcək addımlar atır. Heydər Əsədovun nazirlikdə başladığı yoxlamalar nəticəsində ciddi maxinasiyalar üzə çıxıb. Nazir bu faktların üstündən keçmək niyyətində deyil.
“Yeni Cümhuriyyət” qəzeti də bu məsələ ilə bağlı maraqlı məlumat yayıb. Məlumatda deyilir ki, Heydər Əsədov Respublika Dövlət Toxumçuluq Müfəttişliyinin rəisi Mikayıl Zeynalovu vəzifəsindən çıxaranda Ismət Abbasovla aralarında münaqişə yaşanıb. Bundan sonra Heydər Əsədov müfəttişliyi yoxlatdırıb və iri maliyyə maxinasiyaları üzə çıxıb. Nazir bu faktları Baş Prokurorluğa təqdim etmək niyyətindədir. Ismət Abbasov isə baş verənləri müavini olmuş Aslan Aslanovun və müfəttişliyin keçmiş rəislərinin üstünə yıxmaq istəyir. Beləliklə də Ismət Abbasov həbs təhlükəsini özündən uzaqlaşdırmaqla Aslan Aslanovu və keçmiş rəisləri qurban verir.
Yeri gəlmişkən, bu günlərdə Aslan Aslanov mətbuata müsahibə vermişdi. Keçmiş nazir müavinin müsahibəsi Heydər və Ilham Əliyevlərə sədaqət notları üzərində qurulmuşdu. Müsahibənin bir yerində isə demişdi ki, onun barəsində Ilham Əliyevə nəsə həqiqətə uyğun olmayan deyən adamı şərəfsiz hesab edir. Aslan Aslanovun bu fikirlərindən sezilirdi ki, kimlərsə onun barəsində ölkə başçısına xoşagəlməz məlumatlar çatdırıb. Lakin Aslan Aslanov nə bunu qəti şəkildə bildirmişdi, nə də ad çəkmişdi.
Məlumatlara görə, Ismət Abbasov məsuliyyəti üzərindən atsa da, Heydər Əsədovun yoxlamalarını dayandırmasına çalışır.
Lakin inandırıcı deyil ki, baş nazirin müavini vaxtilə düşməçilik etdiyi Kəmaləddin Heydərova dost olan bir şəxsi mövqeyindən çəkindirsin.

Short URL: http://www.cumhuriyyet.net/?p=5655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728