Gömrük İttifaqının yeni fantaziyaları

06.04.2014 - 18:19

Bütün
dünyanın oğrularını birləşdirən nəhəng layihənin gizlinləri  “Yeni Cumhuriyyət”də

Bütün
dünyanın oğrularını birləşdirən nəhəng layihənin gizlinləri  “Yeni Cumhuriyyət”də


 

Əlimizə keçən bəzi materiallar təsdiq edir ki,
postsovet ölkələrinin hamısında korrupsiya sistemi bənzər ssenari əsasında təşkil
edilir. Kriminal hər yerdə oxşardır. “Yeni Cumhuriyyət”ə Qazaxstanda baş verən
maraqlı bir korrupsiya faktı barədə məlumat daxil olub. Bu məlumatlar müxtəlif
mənbələrdən əldə edilib və onlar Qazaxstanda qaçaqmal yolu ilə malların idxalı
ilə məşğul olan korrupsiyalaşmış şəxslərin və qrupların fəaliyyətini
aşkarlayır. Bizə daxil olan məlumatlar, eyni zamanda, Gömrük Birliyinin hansı
korrupsiya fantaziyalarına meydan verdiyini göstərir.

Baş verənlər haqda əldə etdiyimiz məlumata görə Qazaxstan
işbazları Gömrük Birliyinin yaratdığı yeni korrupsiya metodlarından uğurla bəhrələnir.
Yəqin ki, Birlik üzvü olan başqa ölkələrin işbazları da onlardan geri qalmır, əlbəttə.
Bu firmalardan biri 2013-cü ildə haqqında cinayət işi qaldırılan, hazırda isə
öz fəaliyyətini “Senim Company” üzərindən davam etdirən və onun operatorluğunu
edən Tex-Tac-dır. Tex-Tac əleyhinə cinayət işini Almatı şəhər prokurorluğunda
prokurorluğa ümumi nəzarət idarəsinin rəisi vəzifəsini icra edən Dimaş
Serikbayev (Əvvəlki familiyası Mirzadinovdur) aparır. Serikbayev Tex-Tac-ın
Qırğızstandan yük aparan maşınlarını saxlatdırır. Bu maşındakı yük Türkiyə
istehsalı olan pal-paltar idi, amma deklorasiyada onların Qırğıstan ərazisində
dərzi sexində tikildiyi göstərilmişdi. Serikbayev qaçaqmal faktı ilə cinayət
işi qaldırır, başda öz adamı sayılan və Almatı prokurorluğunda xüsusi prokuror
olan Kanat Kunqajinov olmaqla istintaq qrupu yaradır. Tex-Tac-ın
partnyorlarından (həm də təsisçilərindən) biri olan Qırğızstan vətəndaşı Rəhim
Sattarov qohumu, Almatıda iri iş adamı (Almatıda Dzerjinski və Şevçenko küzələrinin
tinində yaşayış binasının tikintisi, Qoqol küçəsindəki “Lotos” restoranı,
Seyfullina küçəsində “Manqo” Ticarət və Əyləncə Mərkəzi) və Dimaş Serikbayevin
yaxın dostu kimi tanınan Hakimin vasitəsilə 1 000 000 dollar verməklə cinayət
işinin bağlanmasını istəyir. Uyğun olaraq, Kunqajinov və Serikbayev bu işin əyləcini
yavaş-yavaş basırlar, bu cinayət işinin Tex-Tac-a aid olan epizodlarında “düzəlişlər”
etməyə başlayırlar. Dimaş Mirzadinov 2009-cu ildə Almatı prokuroru Etayevin əmri
ilə məxfi kazinoların işinin ört-basdır edilməsi faktına görə prokurorluq
orqanlarından xaric edilmişdi. O zaman Milli Təhlükəsilik Komitəsi bu iş üzrə
telefon danışıqlarını qeydə almışdı və Mirzadinovu vəzifədə saxlamaq mümkün
olmamışdı. Daha sonra Mirzadinov soyadını dəyişərək Serikbayev yazdırır və təhlükəsizlik
orqanlarından bu səs yazısının alaraq 2011-ci ildə yenidən Almatı
prokurorluğunda işə düzəlmişdi və göründüyü kimi indi, o, burada idarə rəisidir.
Bütün bu möcüzələri isə cənab indiki Serikbayev hərbi prokuror olan atasının
hesabına təşkil edə bilir. 2013-cü il ərzində Qazaxstana Tex-Tac tərəfindən
Türkiyədən qaçaqmal yolu ilə idxal edilən malların xüsusi çəkisi ağlagəlməz səviyyədə
artıb. Onların türkiyədəki partnyorları isə Vüqar və Şekip adlı Türkiyə vətəndaşlarıdır.

Möcüzəli Tex-Tac eyni qaçaqmal əməliyyatlarını Çin
və Rusiya Federasiyası üzərindən də eyni uğurlarla tətbiq etməkdədir. Bu azmış
kimi, Tex-Tac təşkilatçıları öz əməliyyat sərhədlərini Türkiyə-Qırğızstan
marşrutu üzrə də genişləndirməkdədirlər. Axı, yeni Gömrük birliyi bu hüdudları
tanımır və korrupsiyalaşmış sistemlərin ortaq dəyərlərini yaradır. Gömrük
Birliyi daxilindəki bu əməliyyatlar gömrük rüsumlarından yayınmağın ideal
versiyalarına imkan verir. Qazaxstandakı mənbələr iddia edirlər ki, bu
üsullarla təkcə Tex-Tac Qazaxstan büdcəsində bir il ərzində 2 milyard təngə
vergi ödəməkdən yayına bilib. Almatıda cövlan edən Rəhim Sattarovu isə hər kəs
Tex-Tac və “Senim Company” üzərindən aparılan bu əməliyyatların mahir təşkilatçısı,
prokuror Dimaş Serikbayevin yaxın dostu kimi tanıyır, ona hörmət edir və baş əyirlər…


 

Elçin Əmirov

P.S. Azərbaycan gerçəkliyi də məlumatda qyd
olunanlarla heç nə ilə fərqlənmir. Mövzunu bu istiqamətdə davam etdirəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=5661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728