Təhsil Problemləri İnstitutunda dəyirmi masa keçirilib

04.03.2016 - 13:51

rr4 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda “Səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartları: məzmun və struktur məsələləri “mövzusunda dəyirmi masa keçirildi.
ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartlarınnın XXI əsrin xüsusiyyətləri qarşısında rəqabət gücünə və tələb olunan kompetensiyalara malik kadrların formalaşdırılmasına xidmət etməsinin zəruriliyini vurğuladı.
Q.Novruzov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən biri məhz ilk peşə – ixtisas təhsilinin strateji məqsədi növbəti vəzifə kimi ölkə qarşısında duran sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsində fəal iştirak edən kadr hazırlığına nail olmaqdır. Bu kadr hazırlığı prosesində həlli vacib başlıca məsələ səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartlarındüzgün reallaşdırılması və yüksək təlim nəticələrinin əldə olunmasıdır.
Sonra, söz İnstitutun Peşə-ixtisas təhsili şöbəsinin müdiri moderator Rəsul Əsgərova verildi. Onun Səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartları: məzmun və struktur məsələləri mövzusunda elektron təqdimatı dəyirmi masa iştirakçıları tərəfindən maraqla qarşılandı.
Moderator qeyd etdi ki, ilk peşə-ixtisas təhsili sahəsində aparılmış tədqiqatlar, qabaqcıl ölkələrin öyrənilmiş təcrübələri və bu sahədə əldə olunmuş məlumatların təhlili göstərir ki, ilk peşə-ixtisas təhsili müəssisələrində müasir əmək bazarının tələblərinə cavab verən, rəqabətəqabil kadr hazırlamaq üçün ən mükəmməl və uğurlu yol kompetensiyalara əsaslanan modul tipli proqramların (kurikulumların) tətbiqidir. Çünki, kompetensiyalara əsaslanan proqramlar (kurikulumlar) sürətlə dəyişən iqtisadiyyatın müasir tələblərinə uyğun kadr hazırlamaq qabiliyyətinə malikdir.Yalnız belə təhsil proqramları (kurikulumlar) əmək bazarı yönümlüdür və çevikdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, beynəlxalq və yerli təşkilatların iştirakı ilə Təhsil Problemləri İnstitutunun Peşə ixtisas təhsili şöbəsində hazırlanmış seçilmiş ixtisasların təhsil standartları və proqramları (kurikulumlar) hələlik pilot layihələr şəklində həyata keçirilir ki,bu da əmək bazarinin sürətlə dəyişən müasir tələblərini ödəmir. Pilot layihələr respublikamızın bir sıra ilk peşə – ixtisas təhsili müəssisələrində müvəffəqiyyətlə tətbiq edilir.Müşahidə və təhlillər göstərir ki,pilot proqramlarla təlim aparılan eksperimental qruplarda təhsil almış məzunların ixtisasa uyğun işlə təmin olunması ənənəvi tədris plan və proqramlarla təlim keçən məzunlara nisbətən daha yaxşıdır.
“Dəyirmi masa”-da ilk peşə – ixtisas təhsili sistemindəkütləvi ixtisaslar üzrə kompetensiyalara əsaslanan yeni təhsil standartları və proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi nəticəsində əldə olunacaq aşağıdakı naililiyyətləri tədbir iştirakçılarının nəzərinə çatdırıldı:Azərbaycan vətəndaşlarının digər ölkələrdə ilk peşə təhsili üzrə ixtisaslarını artırmaq imkanlarının olması; bazar iqtisadiyyatı şəraitində ölkədə və xaricdə ilk peşə təhsilinin nüfuzunun artması; bu təhsil səviyyəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi; ilk peşə təhsili sahəsində yeni səmərəli təlim texnologiyalarının və metodlarının tapılıb tətbiq edilməsi; mühəndis-pedoqoji heyətin hazırlanması, yenidən hazırlanması, ixtisasının artırılması və onların attestasiyası sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi və s.
Təhsil Nazirliyi nümayəndələrinin, Dövlət Məşğulluq Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, KNAUF şirkətinin, Həmkarlar İttifaqı Konfederasiyasıın, QHT-lərin, peşə təhsil müəssisələrinin nümayəndələrinin, eləcədə digər qonaqların iştirak etdiyi tədbir müzakirələrlə davam edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56615

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728