Cahangir Əsgərovun səlahiyyətləri tam alınıb

06.04.2014 - 18:30

“AZAL” şefinə adi sənədləri belə
imzalamaq qadağan olunub


 

Azərbaycan
ağırlıq qaldıranlarının dopinqdə ilişməsinin əks-sədası davam edir. Bu sıraya
AAF rəhbərliyində ciddi dəyişikliklərin aparılması da daxildir. Amma Əsgərov hələlik
belə bir addım atmağa tələsmir. Bunun səbəbi isə federasiyanın məsul şəxslərinin
cəzalandırılmasının “dopinq qalmaqalı”nı yenidən gündəmə gətirə biləcəyidir.
Məlum məsələdir ki, iqtidar içində müəyyən bir-biri ilə zidd olan qruplaşmalar
var. Belə qruplaşmalardan hər hansı biri qarşı tərəflə bağlı xoşagəlməz
situasiya yarananda bunu fürsətə çevirməyə, rəqiblər əleyhinə istifadə etməyə
çalışırlar. Elə Cahangir Əsgərov da bu məqamı nəzərə alaraq məlum dopinq
qalmaqalının mümkün olduğu qədər sakit şəkildə yoluna qoyulmasına çalışır.
Amma…

Məsələ
burasındadır ki, dopinq qalmaqalı ilə eyni zamanda C.Əsgərov ikinci bir zərbə
alıb. Bu haqda “Yeni Cumhuriyyət”i məlumatlandıran mənbənin sözlərinə görə AZAL
rəhbərinin səlahiyyətləri qeyri-rəsmi şəkildə tam əlindən alınıb, ona hətta adi
sənədləri belə imzalamaq qadağan edilib. Mənbəmizin sözlərinə görə AZAL rəhbərliyində
artıq bu məsələ əməlli başlı söz söhbətə səbəb olub və hər kəs baş verənləri
C.Əsgərovun vəzifədən kənarlaşdırılmasının başlanğıcı kimi qəbul edir.

Xatırladaq
ki, AZAL-ın ələ keçirilməsinə hələ bir müddət öncə start verilmişdi. “Azerbaijan
Airlines” QSC daha iki bölmədən məhrum olub. Bu barədə qərarı Nazirlər Kabineti
27 fevralda AZAL-ın təklifi ilə Əmlak Məsələləri Dövlət Komitəsi ilə
razılaşdırılmaqla qəbul edib.Hava Gəmilərinə Texniki Xidmət İdarəsi və
İstehsalat-Təsərrüfat İdarəsi aviaşirkətin strukturundan çıxarılıb. AZAL-da baş
verənləri şərh etmirlər. Amma məlumdur ki, başqa sahələr kimi onlar “Silk
Way Holding” aviaşirkətinin maraq dairəsinə düşüb. Bu holdinqin “Silk Way
Technics” şirkəti 2006-cı ildən hava gəmilərinə texniki xidmət göstərir.
Praktik olaraq, holdinqin bütün maddi-texniki bazası (20-dən çox şirkət)
AZAL-ın hesabına yaradılıb.

  Adıçəkilən sənədə əsasən, hökumət
“Azerbaijan Airlines”in strukturuna korrektə edib. Aviaşirkətin
strukturunda “Azerbaijan Airlines” sərnişin aviaşirkəti yaradılıb. Dövlətstatkomun
məlumatına əsasən, 2013-cü ildə yerli aviaşirkətlər 1 mln 665,6 min sərnişin
(+4,2%) daşıyıb. Bunun 99,6%-i AZAL-ın payına düşür. “Azerbaijan Airlines”
QSC-nin nizamnamə və strukturu 30 aprel 2008-ci ildə təsdiq edilib. Həmin il
dekabrın sonunda “Azalhelikopter” Bakı Aviasiya Şirkəti və Beynəlxalq
Kommersiya İdarəsi aviaşirkətin strukturundan çıxarılıb. Yerli və xarici KİV-ə
görə, “Silk Way Holding” prezident İlham Əliyevin ailəsinə məxsusdur. Onun
güclü helikopter donanması ( “SW Helicopter Services” MMC) var və AZAL-ın
aviabiletlərinin satışı üzrə eksklüziv agentdir (“Silk Way Travel”).

 Dövlət aviaşirkətinin strukturunda
“Azerbaijan Airlines” yük aviaşirkəti qalır. AZAL uzun illərdir
“Azalaqro” aviaşirkətinin fəaliyyəti barədə məlumat vermir. Bu aviaşirkətdən
sovet dövründə kənd təsərrüfatı ziyanvericilərinə qarşı istifadə edilirdi. AZAL
nizamnamə kapitalına görə ən iri dövlət təsərrüfat subyektlərindəndir – 823 mln
974,4 min manat

Short URL: http://www.cumhuriyyet.net/?p=5663

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930