Rusiya Xarkova da əl atır

06.04.2014 - 23:55

Regional administrasiyanın binasında Rusiyanın bayrağı qaldırılıb

 
Bu dəqiqələrdə yayılan məlumata görə Xarkovda da Rusiyapərəst separatçılar regional administrasiyanın binasını tutublar. Milisin ciddi müqaviməti ilə qarşılaşmadan binaya daxil olan separatçılar administrasiyanın üzərində Rusiya bayrağı qaldırıblar. Binaya təxminən 1500 separatçının hücum etdiyi bildirilir.

***
Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkənin şərq regionlarında hakimiyyət orqanlarının binalarını tutan separatçılara qarşı silah işlədilməyəcəyini bildirib. Avakov Facebook səhifəsində yazıb ki, situasiyanı qan tökmədən nəzarət altına alacaqlar. “Putin və Yanukoviç ölkənin şərqində – Luqanskda, Donetskdə və Xarkovda növbəti separatçı iğtişaşları sifariş veriblər və haqqını ödəyiblər. Az adam toplaşıb, ancaq aqressivlik aşıb-daşır. Donetskdə binaya hücum edən kütlənin içərisinə çoxlu qadın və uşaq yerləşdiriblər. Münaqişəni qan tökülməyə aparmağa çalışırlar” – deyə Avakov yazıb. Nazir bildirib ki, silah işlədilməməsi barədə əmr verilsə də təxribatçılara qarşı sərt davranılacaq.
Donetsk Daxili İşlər İdarəsi isə milisin separatçılara qarşı müqavimət göstərmədiyini təsdiqləyib və bildirib ki, qan tökülməsinə yol verməmək üçün bu addım atılıb.
Donetsk administrasiyasının binasını tutanlar isə ultimatim verərək bildiriblər ki, sabah saat 12-yə qədər vilayət sovetinin deputatları toplanmasa onlar özləri “xalq deputatları” seçib Rusiyaya birləşmək barədə müstəqil qərar verəcəklər.
Luqanskda isə Təhlükəsizlik Xidmətinin binasını tutan separatçılar köməyə əlavə qüvvələrin gələcəyini gözləyirlər. Belə ki, Donetsk vilayətinin Artyomovsk şəhərindən separatçı dəstə onlara kömək üçün Luqanska yola düşüb.
Xarkovda da yerli administrasiya binası qarşısında özlərini “federallaşma tərəfdarı” adlandıranlar toplanmağa başlayır. Gecə saatlarında binaya hücum olacağı istisna deyil. 
***
Ukraynanın şərq regionlarında separatçıların fəallağı müşahidə olunur. Donetskdə güçələrə çıxan 2 minə yaxın Rusiya meylli şəxslər Ukraynanın federallaşması və Donetskin unitar dövlətin tərkibindən çıxması tələbini irəli sürüb. Etirazçılar Rusiyaya dəstək şüarları səsləndirir və “Donetsk respublikası”nın bayrağını dalğalandırırlar. Aksiyadan sonra Donetsk vilayət administrasiyasının binasına soxulan etirazçılar orda Rusiya bayrağını sancıblar.
Oxşar hadisələr Xarkovda da baş verir. Bu şəhərdə Avromaydan fəalları ilə separaçılar arasında toqquşma baş verib. Avromaydan tərəfdarlarına qarşı tərəfdən petarda və daş atılıb. Luqanskda da separatçıların fəallığı süşahidə olunur. Bu şəhərdə təhlükəsizlik xidmətinin binası da tutulub. 
Ukrayna rəsmiləri bu nümayişlərin Rusiya tərəfindən təşkil olunduğunu iddia iddia edir, Rusiya isə öz növbəsində Krımdan başqa digər regionalrın Rusiyaya birləşdirilməsi planlarını inkar etsə də, orada yaşayan rusların hüquqlarının müdafiə olunacağını bildirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5670

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930