XXI – sel, aclıq, miqrasiya və müharibə əsri

07.04.2014 - 00:16

BMT planetdə iqlim dəyişikliyinə dair hesabatla həyəcan təbili çalırBMT planetdə iqlim dəyişikliyinə dair hesabatla həyəcan təbili çalır
BMT-nin planetdə iqlim dəyişikliyinə dair hesabatı təbii və sosial sarsıntılarla bağlı xəbərdarlıq edir. Siyasilərə isə dərhal miqyaslı hərəkətə keçmək tövsiyə olunur. İqlim dəyişikliyinə dair beynəlxalq hökumətlərarası ekspert qrupunun Yaponiyada təqdim etdiyi hesabatda qeyd olunur ki, dünya qlobal istiləşmənin fəsadlarına hazır deyil. Yerin ekosistemində dəyişiklik fəlakətli və geri qaytarılmaz olacaq. 
2016 və 2035-ci illər arasında Yerdə temperatur təxminən 0,7 dərəcə artacaq, 2081-ci ildə ildə isə 1986-2005-ci illərlə müqayisədə iki dərəcə çox olacaq. 22 əsrdə də temperatur artmaqda davam edəcək. İstiləşmənin nəticələri artıq növbəti onillikdə özünü göstərəcək – ekstremal qısa soyuq qış çox isti yayla əvəz olunacaq. Fəsillər arasında isə sutka ərzində isti və şaxta bir-birini əvəzləyəcək. Yaz və payız tarixdə qala bilər. Havanın tərkibi pisləşəcək, kimyəvi tərkibi dəyişəcək, dünya okeanı sularının turşuluğunun artması qaçılmaz olacaq. Temperatur dəyişikliyi quruda okeandan daha sürətlə dəyişəcək. Ən sürətli proseslər isə Arktikada gedəcək. Buzların əriməsi dünya okeanının səviyyəsində artım 2081-2100-ci illərdə 1986-2010-cu illərlə müqayisədə 0,58 metrdən 0,98 metrə çatacaq. 
Materiklərin sahil hissələrində yaşayan milyonlarla insan tez-tez baş verən sellərin qurbanı olacaq, yaxud köçmək məcburiyyətində qalacaqlar. Bir çox balıq və heyvan növü məhv olacaq. Kənd təsərrüfatında məhsuldarlıq kəskin aşağı düşəcək. Bu da əhalinin artımı fonunda qida və su çatışmazlığına gətirib çıxaracaq. Miqrasiya fəlakətli miqyas alacaq. “Bu aqibət heç bir regiondan yan keçməyəcək, – deyə Dünya Resursları İnstitutunun iqlim üzrə eksperti Kelli Levin bildirib. – Əsrin sonlarında sahilboyu daşqınlar nəticəsində milyonlarla insan öləcək, yaxud qaçqınlıq yaşayacaq”. 
Daşqınlar Afrika və Avstraliyada gündəlik hadisəyə çevriləcək, Şimali Amerika, Avropa, Afrika və Asiyada istilər dözülməz həddə çatacaq, ekosistemdə itkilərin miqyasını isə proqnozlaşdırmaq belə çətindir. Sərt iqlim qarşısında, su, qida və iqtisadi rifah təhlükə altında olanda əhalinin kasıb təbəqəsi tam müdafiəsiz qalacaq. Ancaq inkişaf etmiş ölkələri də ağır sarsıntılar gözləyir. “Hətta bu ssenarinin qarşısını almaq üçün bəşəriyyət ağlasığmaz səylər göstərsə, bir çox dəyişikliklər davam edəcək və əsrin sonuna qədər uzanacaq”, – deyə hesabatda qeyd olunur. 
Ekspertlərin hesablamasına görə, qlobal istiləşmənin əsas səbəbi olan radiasiyanın azaldılması bütün siyasilər üçün prioritet olmalıdır. Xərclər yüz trinlyonlarla dollardan çox olacaq. Hesabatın müəllifi qeyd edir ki, onların hazırladığı sənəd soyuq, analitik, bəzən depressiv baxışla hazırlansa da, gözlənilən problemlərin həlli yollarını tapmaq mümkündur. Onun sözlərinə görə, hesabat cəmiyyəti adaptasiyaya, miqrasiyaya və artıq iqlim dəyişikliyinə hazır olmayan dünyanın qurulması üçün transformasiyaya hazırlaya bilər.
ABŞ dövlət katibi Con Kerri qeyd edib ki, sənəd etinasız yanaşmağa imkan verməyən həyəcan siqnalı kimi səslənir: “Əgər biz tez və qətiyyətli addımlar atmasaq, alimlər dediyi kimi, bizim iqlim, həyat tərzimiz və həyatımız təhlükədə olacaq. Bunu inkar etmək cinayətdir. Bəziləri deyir ki, biz hərəkət edə bilmərik. Ancaq fəaliyyətsizliyin qiyməti – fəlakətdir”. Xatırladaq ki, prezident Obamanın təklif etdiyi iqlim dəyişikliyi ilə bağlı qanunlar paketi hələlik Konqresdə yetərincə dəstək tapmayıb.  BMT hökumətlərarası ekspert qrupunun iqlim dəyişikliyinə dair hesabatı 2015-ci ildə iqlim haqqında yeni qlobal razılaşmaya dair danışıqlar üçün əsas yaratmağa kömək edə bilər. Bu razılaşma 2012-ci ildə vaxtı qurtaran Kiot protokolunu əvəz etməlidir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728