Prezident Elçibəy Kəlbəcərin işğalından danışır

07.04.2014 - 01:44

“Ermənistan Laçın və Şuşada törətdiyi faciəni bu gün Kəlbəcərdə törətrmək istəyir. Çox ehtiyat edirik ki, böyük faciə ola bilər”“Ermənistan Laçın və Şuşada törətdiyi faciəni bu gün Kəlbəcərdə törətrmək istəyir. Çox ehtiyat edirik ki, böyük faciə ola bilər”
Kəlbəcərin işğalından düz 21 il keçdi. Biz artıq, ifadəsilə demək olar ki, heç bir hiss oyatmayan, əksinə milli əksəriyyətə dəyib düşən fakt qurusundan danışmayacağıq. Sizə 1993-cü ilin mart ayının 27-də Əbülfəz Elçibəydən götürdüyümüz müsahibəni təqdim edəcəyik. Onu da deyim ki, müsahibə efirə ilk dəfədir ki, gedir. Bəs onu niyə efirə verməmişik? Baxın, cavabını müsahibədən sonra verəcəyik.
Əbülfəz Elçibəy: “Ermənistan Laçın və Şuşada törətdiyi faciəni bu gün Kəlbəcərdə törətmək istəyir. Çox ehtiyat edirik ki, böyük faciə ola bilər. İnsan qırğını, xüsusən uşaqların qadınların qırğını ola bilər. Bütün gücümüzlə çalışırıq ki, uşaqları və qadınları bu bölgədən çıxaraq. Ermənistan 2 tərəfdən Kəlbəcərə hücum edir. Yolları bağlayaraq əhalini təcrid ediblər…”

ndi isə müsahibənin efirə niyə verməməyimizin səbəbi barədə. Müsahibədən sonra Əbülfəz bəy bizdən soruşdu ki, onu nə vaxt verəcəyik? Biz ona “Cənab Prezident, ANS-in efirə çıxışını bərpa edəcəyiniz halda. Axı biz efirdə yoxuq, bizi bağlamısınız”, – deyə cavab verdik. ANS açılmadı, müsahibə isə efirə getmədi. Biz bir daha efirə 1993-cü ilin iyul ayında qayıtdıq. Onda da artıq gec idi. Bir də biz Elçibəylə bu mövzuya 2000-ci ilin aprelində qayıtdıq. O Kəlbəcəri qoruya bilmədiyinə gözə xalqdan üzr istədi”.

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=5675

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728