"44 miylonluq qalmaqal"la bağlı yeni təfərrüatlar

07.04.2014 - 08:54

Rauf Kərimovun sifarişlə həbs olunduğu barədə iddialar varRauf Kərimovun sifarişlə həbs olunduğu barədə iddialar var

 
“Interalyans” MMC-nin təsisiçi Cavidan Hacıyevlə “Meridian Company” MMC-nin təsisçisi Rauf Kərimovun adı hallanan 44 milyonluq qalmaqalla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Baş Prokurorluq məlumat yaymışdı ki, Rauf Kərimova 27 mart 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb və barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Rauf Kərimov kimdir?

 

“Azadlıq”a daxil olan məlumatlara görə, 1985-ci ildə Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla, 1985-1993-cü illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini qırmızı diplomla bitirən Rauf Kərimov 1988-ci ildən 1993-cü ilə kimi Bakı şəhər Məhkəməsində çalışıb. 1993-2000-ci il tarixlərində isə Nizami rayon Prokurorluğunda müstəntiq və Baş Prokurorluğunun Təşkilat Nəzarət Idarəsinin prokuroru vəzifəsində işləyib. Prokurorluq orqanlarından öz xahişi ilə çıxdıqdan sonra Milli Elmlər Akademiyasına dissertant kimi qəbul olunub. Bundan sonra həm elmi işlə, həm də biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Rauf Kərimov 2002-ci ildə nəqliyyat şirkəti quraraq “Meridian Company” MMC-nin təsisçisi və direktoru olub. Eyni zamanda 100-dən çox nəqliyyat vasitəsinin sahibi və “Qaradağ-Sement” ASC-nin əsas nəqliyyat partnyorlarından olmaqla ildə 2 milyon tondan yuxarı sementin xam maddələrini, həmçinin hazır sementin daşınmasını həyata keçirib. Əldə etdiyi vəsaitlərlə Bakı şəhərində “Taksapark-1”, “Billur”, “Kosmos” və “Bakı” mehmanxanasının bütün səhmlərini alıb. Bundan başqa “Ideal-I-Inşaat” MMC və “Alyans-ZT” MMC-nin təsisçisi olub. Həmin şirkətlər Bakı şəhərində 270 min kv. metr yaşayış evi inşa edib. 2000-ci ildən bu günə qədər Azərbaycanda bir çox banklardan sahibkarlıq fəaliyyətini daha da genişləndirmək, yeni biznes lahiyyələrinin həyata keçirmək məqsədilə 100 milyonlarla manat kredit almış və hamısını da vaxtında ödəyib.

Vəkil Adəm Məmmədov həbsin qanunsuz olduğunu deyir

 

Bu banklardan biri də indi onun həbsinə səbəb olan “Texinikabank” olub. Rauf Kərimov bu bankdan 220 milyon manat kredit götürub və həbs olunana qədər həmin məbləğin 190 milyon manatını geri qaytarıb. Məlumatlarda bildirilir ki, 2012-ci ildə MTN-nin “Texnikaban” işi”ndə də Rauf Kərimovla bağlı məqamlar araşdırılıb. Lakin istintaq zamanı bu işdə heç bir qanunsuz əməlin olmadığı qənaətinə gəlinib və Rauf Kərimova aid hissəyə bəratverici əsasla xitam verilib. Lakin maraqlıdır ki, MTN-nin məlum qərarından heç 2 il keçməmiş bu iş yenidən gündəmə gətirilib və Rauf Kərimov həbs edilib. Rauf Kərimovun nədən həbsinin səbəbləri ilə əlimizdə bəzi məlumatlar olsa da, onları ictimailəşdirmədən adçıkəlinə şəxsin vəkili Adəm Məmmədovla əlaqə saxladıq. Adəm Məmmədov bizimlə söhbətində bildirib ki, Rauf Kərimovun həbsi tamamilə qanunsuzdur: “Rauf Kərimov kimi hazırda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinir. Fakt üzrə cinayət işi 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə başlanıb. Lakin istintaqın gedişində bu maddə öz təsdiqini tapmadığından yuxarıda qeyd etdiyim ittihamlarla təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Elə bu faktın özü subut edir ki, Rauf Kərimovun heç bir günahı yoxdur və sadəcə onu həbs etmək üçün bəhanə gəzirlər. Bir maraqlı faktı diqqətinizə çatdırmaq istəyirəm. Deməli 13 mart 2014-cü il tarixdə Baş Prokurorluğa şikayət ərizəsi daxil olur, ərizənin mürəkkəbi qurumamış, yəni elə həmin günü quru ərizə əsasında, heç bir əsaslı subut təqdim olunmadan və araşdırma aparılmadan dərhal fakt üzrə cinayət işi başlanıb. Həmin cinayət işi elə həmin ildırım surəti ilə, yəni ərizə və cinayət işi heç “papka”ya tikilməmiş Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərilir. Elə bu tələskənliyin və operativliyin özü çox qaranlıq mətləblərdən xəbər verir”.

Rauf Kərimova krediti ödəməyə imkan verməyiblər

Adəm Məmmədov deyib ki, maraqlı məqamlardan biri də Rauf Kərimova kreditin geçikdirilməsi ilə əlaqədar ittiham irəli sürülməsidir: “Təsəvvür edin, belə bir ittiham irəli sürülür və Rauf Kərimov həmin məbləği ödəməyə hazır olduğunu bildirir, lakin ona kreditin qalan məbləğini ödəməyə belə imkan vermədən 27 mart 2014-cü il tarixdə həbs edirlər. 
Yeri gəlmişkən, qeyd edim ki, bank rəhbərliyinin həm məhkəməyə, həm də eyni şəxs haqqında prokurorluğa şikayət etməsinin heç bir qanunu əsası yoxdur. Çünki kredit müqaviləsinin müştəri tərəfindən hər hansı pozuntu halı qeydə alınıbsa, bu zaman bank rəhbərliyi prokurorluğa yox, aidiyyəti üzrə məhkəməyə müraciət etməli idi. Məhkəmə də ödənilməli olan məbləği girovun təminatı olan daşınmaz əmlaka yönəltməlidi və burada heç bir həbsdən söhbət belə gedə bilməzdi. Bayaq bildirdim ki, elə məhkəməsiz də Rauf Kərimov həmin məbləği dərhal ödəməyə hazır idi ki, buna da imkan vermədilər. Qeyd olunan kredit məbləği dolayısı olaraq Rauf Kərimovun sonradan alqı-satqı yolu ilə aldığı MMC-yə məxsus olub. Eyni zamanda o, öz əmlakını kredit məbləğinin təminatı kimi banka girov qoyub. Bu səbəbdən də işə kredit məbləğinin ödənilməsinin gecikdirilməsi və özgə əmlakının mənimsənilməsi kimi hüquqi qiymət verilməsi düzgün deyil. Rauf Kərimova istinad olunan ilkin subutlar hələ ibtidai istintaq tərəfindən əldə olunmayıb. Halbuki həmin subutların əsasında ona ittiham irəli sürülməsi mümkün ola bilərdi. Onu da əlavə etmək istəyirəm ki, kreditlərin ödənilməsinin təminatı kimi “Texnikabank” ASC-yə digər daşınmaz əmlaklar da girov qoyulub. Belə ki, A.M.A.Y Ticarət Mərkəzinin 7000 kv.metr qeyri-yaşayış sahəsi və Badamdar qəsəbəsi ərazisində yerləşən 24 hektar torpaq sahəsi girovun predmetidir. Rauf Kərimov qeyd edilən MMC-nin təsisçisi olmaqla orada heç bir vəzifə tutmayıb. Ona görə də Rauf Kərimova elan olunmuş Cinayət Məcəlləsinin 308.2-ci, yəni vəzifəsindən sui-istifadə etmə maddəsinin heç bir əsası yoxdur. Bankdan götürülən kredit pulları isə Rauf Kərimovun özünə məxsus olduğundan, burada da ona elan olunmuş Cinayət Məcəlləsinin 179.3.2-ci, yəni külli miqdarda özgə əmlakını mənimsəmə maddəsi də tam qanunsuz və heç bir fakta söykənmir. Bütün bunalara görə tam əminliklə deyə bilərəm ki, müdafiə etdiyim şəxsin heç bir gunahı yoxdur və onun tezliklə azad olunacağına inanıram”. 
Rauf Kərimovun həbsilə bağlı yayılan xəbərlərdə belə bir məqam var idi ki, o, eyni mehmanxananın girov predmeti kimi bir neçə banka göstərərək pul götürüb. Lakin əldə etdiyimiz məlumata görə, faktiki olaraq “Mehmanxana-Bakı” ASC-nin səhmlərinin girov və ya təkrar girov qoyulması Mərkəzi Bankın razılığı olmadan qeyri-mümkündür. 
Mütəxəsislər də deyir ki, əmlakın təkrar girov qoyularaq kredit götrülməsi Rauf Kərimovun iradəsindən asılı ola bilməz. Yəni təkrar girov qoyularaq kredit götürülməsi birqayda olaraq Mərkəzi Bankın səlahiyyətindədir. 

Adəm Məmmədov işdəki başqa qanunsuzluqları diqqətə çatdırıb: “Maraqlıdır ki, həbs qətimkan tədbiri seçilən gün, yəni 27 mart 2014-cü ildə MTN-nin 2012-ci ildə Rauf Kərimova aid hissədə cinayət işinə bəraətverici əsasla qəbul edilmiş qərarı prokurorluq tərəfindən ləğv edilib. Bu tələskənlik və Rauf Kərimovun tez-bazar həbsi kimə lazım imiş? Bayaq qeyd etdiyim kimi Rauf Kərimov “Texnikabank” ASC-dən təxminən 220 milyon dollar məbləğdə kredit götürüb və bu məbləğin 190 milyon ABŞ dollarını qaytarıb. Əgər həqiqətən də Rauf Kərimovun dələduzluq niyyəti olsa idi, o zaman niyə 190 milyon dolları geri qaytarırdı? Bu sual ətrafında məncə azca da olsa, fikirləşmək yetər ki, bütün məsələ aydın olsun”.
 

Azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5676

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930