Ziya Məmmədov oliqarxlara uduzdu
Nəqliyyat naziri iri tonnajlı maşınların yük normaları ilə bağlı dəyişikliyə getməyə məcbur oldu
İIri tonnajlı nəqliyyat vasitələrinin yük normaları ilə bağlı qaydalara görə oliqarxlarla üz-üzə gələn nəqliyyat naziri Ziya Məmmədovu geri çəkilir. Yada salaq ki, Ziya Məmmədov iri tonnajlı nəqliyyat vasitələrində yük normalarını ölçmək üçün xüsusi tərəzilər gətirmişdi. Bu tərəzilər vasitəsilə iri tonnajlı maşınlara normadan artıq yük vurulub-vurulmadığı müəyyənləşdirilirdi. Ziya Məmmədovun bu addımı atmasına yolların tez sıradan çıxması zərurət yaratmışdı. Nazir həmin işə rəhbərliyi qardaşı Nəriman Məmmədova tapşırmışdı. Lakin bunun da bir nəticəsi olmadı. Bir müddət əvvəl nazir qardaşını həmin vəzifədən çıxartdı. Bundan sonra iri tonnajlı nəqliyyat vasitələrinin qara günləri başladı. Hətta iş o yerə çatdı ki, sürücülər Ziya Məmmədova qarşı etiraz olaraq Prezident Administrasiyasının qarşısına toplaşdı. Iş adamı Hacı Ibrahim Nehrəmli (diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun qardaşı) mətbuatda açıq şəkildə baş verənlərdən narazılığını ifadə etdi.
Əslində baş verənlər gözlənilən idi. Çünki ölkədə iri tonnajlı yük maşınlarının əhəmiyyətli hissəsi oliqarx məmurlar üçün çalışır. Və Ziya Məmmədov artıq bu məsələ ilə bağlı ona qarşı hücumlardan narahat olaraq qaydaları dəyişmək zorunda qalıb. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənova bildirib. O, aznews.az-a açıqlamasında deyib: “Iri tonnajlı nəqliyyat vasitələrinin yük normaları ilə bağlı qaydalar dəyişdirilir.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=5677