Politoloq ordudakı korrupsiyadan danışdı

07.04.2014 - 10:22

“Azərbaycan ordusunda korrupsiya və dərəbəylik baş alıb gedir”

“Azərbaycan ordusunda korrupsiya və dərəbəylik baş alıb gedir”
Politoloq Zərdüşt Əlizadə Azərbaycan ordusundakı mövcud vəziyyəti şərh etdi
NATO-ya qəbul olunmadan da NATO dəyərlərinə yiyələnməyin mümkünlüyünə toxunan ekspert, Azərbaycan ordusundakı vəziyyətin arzuedilməz olduğunu qeyd edib: 
“Əgər söhbət ordunu NATO standartlarına uyğunlaşdırmaqdan gedirsə, Azərbaycan ordusunu bu standartlara uyğunlaşdırmağa kim mane olur ki? NATO standartları nədir? Qoşunların səmərəli idarə olunması, aşkarlıq, cəmiyyətin ordu üzərində nəzarəti və s. Bunu təmin etmək üçün hökmən NATO-ya girmək lazım deyil. NATO-ya daxil olmadan da bu dəyərləri tətbiq etmək olar. NATO standartları açıq göstərilib, burada heç bir məxfiçilik yoxdur. Ordu quruluğu SSRİ-də diviziya idi, NATO-da briqadadır. Qoşun növləri arasında əlaqə, zabitlərin təhsili, qərargah sənədlərinin hazırlanması və s. kimi məsələlər ortadadır. Istəyirsən NATO sistemini, istəyirsənsə də sovet sistemini öyrən. Axır ki, öyrən, güclü, intizamlı ordu formalaşdır. Lakin Azərbaycan ordusunda korrupsiya, özbaşınalıq, dərəbəylik və s. amillər baş alıb getdiyi üçün normal ordu qurmaq mümkün deyil. Buna görə də ordumuz xeyli zəifdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31