İtmiş təyyarə ətrafında daha bir sirr

07.04.2014 - 12:35

İtmiş təyyarə ətrafında daha bir sirr

Çin və Avstraliya gəmiləri təyyarənin qara qutusundan olduğu ehtimal edilən siqnal əldə edib
Malayziyaya məxsus itmiş sərnişin təyyarəsinin axtarış əməliyyatının imkanları getdikcə daralır. 
ANS PRESS-in məlumatına görə, ötən gün Çin hərbi gəmisinin əldə etdiyi siqnalın təyyarənin qara qutusuna aid olması ehtimalı üzərində aparılan işlər sabahdan etibarən nəticəsiz qala bilər. Təyyarələrin qara qutusu 30 gün ərzində siqnal yaymaq xüsusiyyətinə malik olur. Martın 8-ində radarlardan itən təyyarənin yerini müəyyən etmək son bir sutka ərzində də mümkün olmazsa, daha sonra axtarışların müsbət nəticə verəcəyi gözlənilmir. 
Çindən sonra, Avstraliyaya məxsus hərbi gəmi də Hind okeanının cənubunda qara qutulardan gəldiyi ehtimal edilən siqnal əldə etdiyini açıqlayıb. Həmin siqnalın 2 saat ərzində 2 dəfə əldə edildiyi bildirilir. Avstraliyalı mütəxəssislər bunun indiyədək əməliyyat zamanı “ən ümidverici ipucu” olduğunu bildirirlər. 
Hazırda axtarış əməliyyatları Avstraliyanın Pert şəhərindən idarə olunur və təxminən 217 min kvadrat kilometri əhatə edir. Əməliyyata bir neçə ölkədən 13 təyyarə və 11 hərbi gəmi qoşulub. 
Xatırladaq ki, Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən radarlardan itən “Boeing-777” tipli təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5691

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031