ABŞ-ın Türkiyədəki səfirindən Gülən açıqlaması

07.04.2014 - 12:44

ABŞ-ın Türkiyədəki səfirindən Gülən açıqlaması

ABŞ-ın Türkiyədəki səfiri Francis J. Ricciardone Gülən camaatının lideri Fətullah Gülənin Türkiyəyə qaytarılacağı xəbərləri ilə bağlı açıqlama verib. 
ANS PRESS-in məlumatına görə, Ankaradakı səfir Francis J. Ricciardone ABŞ- ı özü üçün iqamətgah seçən hər bir türk vətəndaşının hüquqlarına müdaxilə etməyəcəklərini söyləyib. Onun sözlərinə görə, ABŞ məsələ ilə əlaqədar olaraq Türkiyə hökumətinin bütün qərarlarına hörmətlə yanaşır və onların daxili işlərinə müdaxilə edə bilməz: “Bu məsələni Türkiyə hökuməti gündəmə gətirdi. Qanuni formada edilən bütün müraciətlərə ciddi şəkildə cavab verəcəyik”.
Ankaradakı ABŞ səfiri Francis J. Ricciardone ölkəsi ilə Fətullah Gülən arasında olan münasibətlərə də aydınlıq gətirib. 
O, qeyd edib ki, ABŞ-ın Fətullah Gülənlə heç bir münasibəti yoxdur: “Bizim dövlətlərlə yalnız rəsmi əlaqələrimiz var “,- deyə səfir sözlərinə əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5692

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930