Azərbaycan Rusiya əleyhinə ittifaqa qoşulur

07.04.2014 - 12:49

Azərbaycan Rusiya əleyhinə ittifaqa qoşulur

“Azərbaycan Rusiyanı blokadaya salmaq üçün əsas platformalardan biridir”.
Bu sözləri “Axar.az”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
 
Qafqaz əməliyyatı – 2
 
O, son günlər Azərbaycana edilən səfərlərin əsasını Qafqazın çökürdülməsi planının təşkil etdiyini söyləyib:
 
“Bu səfərlər göstərir ki, Ukraynanın ekspansiyası prosesi çərçivəsində Qafqazın süquta uğradılması əməliyyatı da davam  etdiriləcək. Bu bir-biri ilə əlaqəli regionlardır və ona vahid Xəzər-Qaradəniz qövsü kimi baxmaq lazımdır. Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi-siyasi ittifaqı Rusiya və İranın blokadaya salınması prosesini həll edir. Bir tərəfdən isə bu ittifaq mütləq Qərb tərəfindən nəzarətdə saxlanılmalıdır. Əks halda ABŞ və NATO üçün bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki nəzarətsiz ittifaq ABŞ və NATO-nun Xəzər və Mərkəzi Asiyaya çıxış imkanlarını faktiki olaraq bağlayacaq”.
 
Kerri Azərbaycanı Rusiya əleyhinə ittifaqa cəlb edir
 
Politoloq Con Kerrinin səfərinin Rusiyanı blokadaya salınması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib:
 
“Con Kerrinin səfəri Moskvanı bütün istiqamətlərdə blokadaya salmaq üçün başlanılmış nümayişlə bağlı hələlik test xarakteri daşıyır. Azərbaycan isə bu mənada  əsas platformalardan biri hesab edilir”.
 
NABUKKO reallaşacaq
 
Q.Trofimçuk NABUKKO-nun reallaşdırılması imkanlarının çox olduğunu deyib:
 
“İndi Rusiyaya qarşı olan bütün tranzit proyektlərin hamısı onun iqtisadi izolyasiya ilə əlaqədar olaraq həyata keçiriləcək. Hətta bir zaman xəyal kimi görünən və heç bir uğur gətirilməyəcəyi düşünülən NABUKKO layihəsi də reallaşdırıla bilər. Bu dəqiqə əhəmiyyətli olan şey siyasi məqsəddir. Siyasi məqsəd isə Rusiyanı qısa zaman kəsiyində maliyyə blokadasına salmaqdan ibarətdir. ABŞ-dan Avropaya qazın göndəriləcəyi ana qədər yeni dəhlizlərin yaranması da istisna deyil”.
 
 
Türkmənistan müstəqilliyini itirəcək
 
O, Avropaya neft ötürülməsi baxımından Azərbaycanın əsas əziyyət çəkən ölkə olacağını bildirib:
 
“Faktiki olaraq Avropa İttifaqı və Ukraynaya qazın çatdırılması ilə bağlı əsas ağırlıq Azərbaycan kimi ölkələrin payına düşür. NABUKKO-nun reallaşdırılması üçün Vaşinqton hətta Türkmənistanı da əymək məcburiyyətində qalacaq. Yeni geopolitik sistemdə Türkmənistan öz müstəqilliyi və neytrallığını geniş mənada itirməli olacaq”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5693

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930