Xaçmazın mini oliqarxları

07.04.2014 - 13:28

Xaçmazın mini oliqarxları

Xaçmaz büdcə təşkilatları korrupsiya bataqlığında batır
73 yaşlı rayon icra Şəmsəddin Xanbabyev  yaxın zamanlarda vəzifəsi ilə vidalaşacağı günü gözləyir. Özü də bunu yaxşı bilən icra başçsı rayondakı büdcə təşkilatlarını başlı başına buraxıb. 
Xaçmazdan bu barədə PİA.AZ daxil olan məlumata görə bu isə idarə müdirlərinin korrupsiya maxinasiyalarına yaxşı füsət verib. Son illər  Dövlət Başçısı tərəfindən Xaçmaz rayonun sosial inkşafı üçün ayrılan milyonlarla vəsait rayon mərkəzində və Xudat şəhərində parkların, xiyabanların, yolların səkilərin digər inzibati binaların təmirinə sərf olunur.  Ancaq xərclənən vəsaitlərlə bərabər idarə müdirlərinin həyata keçirdiyi korrupsiya maxinasiyalar onları rayonda kiçik oliqarxlara çevirib.
Daxil olan məlumata əsasən Xaçmaz rayonunda korrupsiya bataqlığına batmiş büdcə təşkilatları əsasən Şəmsəddin Xanbabayevə yaxınlığı ilə seçilən rayon Təhsil Mədəniyyət və Turizm, Səhiyyə və Suvarma Sistemləri İdarələridir.
Bildirilir ki, son illər Xaçmaz Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədovla bağlı mətbuatda silsiləli yazıların getməsinə baxmayaraq xanım şöbə müdiri rayon təhsilini öz bildiyi kimi idarə etməkdə davam edir. Hətta Mikayıl Cabbarovun Təhsil naziri vəzifəsinə gətirləməsi də Mədinə Nurməmmədovanın işində heç bir dəyişiklik yaratmayıb. Yəni xanım təhsil şöbəsinin müdiri necə deyərlər öz bildiyini heç kimə vermir. 
Qeyd edək ki, Xaçmaz Təhsil şöbəsinin nəzdində 100-dən çox məktəb var. Məlumata əsasən rayon kəndlərində fəaliyyət göstərən orta məktəbləri  şöbə müdiri özünün “vəsait silmə” obyektlərinə çevirib. Belə ki, daxil olan məlumata əsasən kənd məktəblərinin əksəriyyətində siniflərin bir çoxunun sadəcə adları var və təhsil şöbəsinin müdirəsi direktorlarla əlbir olaraq onlarla müəllimlərin adına şişirdilmiş dərs saatları yazdıraraq hər ay büdcədən on min manatlarla vəsait mənimsənilməsinə yol açır.
Onuda qeyd edək ki, keçən il Xaçmaz Təhsil şöbəsinə 1, 7 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərin bir hissəsi əsaslı təmirə, cari təmirə, maşın avadanlıqlarına, inventarlara, təsərrüfat mallarına, blankalara,  müxtəlif işlərə xərclənib. Təhsil şöbəsinin xərclədiyi vəsaitlərlə bağlı apardığımız araşdırmada Mədinə Nurməmmədovanın dəftərxana ləvazimatlarına 100 min və bədii tərtibat, mədəni kütləvi tədbirlərin təşkili xidmətləri üçün 120 min manat xərcləməsi isə çox qaranlıq məqamlardan biri olaraq görünür. Çünki bu rəqəmə baxıldığı zaman ən sərişətəsiz adama belə məlum olur ki, Mədinə Nurməmmədova dəftərxana ləvazimatları alarkən qiymətləri ən azı on dəfə şişirdib. Bunun isə dövlət vəsaitini mənimsəməkdən başqa adının olmaması da hər kəsə bəllidir.
Məlumat mənbə idda edir ki, icra başçısı Şəmsəddin Xanbabyevin ən yaxın adamlarından olan Mədinə Nurməmmədovanın rayon təhsil şöbəsindən təkcə özünün aylıq qazancı 20 min manatdan artıqdır. Digərlərinin, yəni icra başçısının, müavinin, Təhsil Nazirliyndəki bəzi vəzifəli şəxslərin və direktorların qazanclarını da əlavə edərsək hər ay yüz min manatdan artıq dövlət vəsaitinin mənimsənilidyi qeyd olunur. 
PİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, Xaçmazda korrupsiaya bataqlığında çabalayan ikinci büdcə təşkilatı isə rayon Səhiyyə İdarəsidir.  Qeyd edək ki, Xaçmaz rayon Səhiyyə İdarəsinin nəzdində  2 şəhər, bir neçə kənd xəstəxanası və 60 yaxın həkim tibb məntəqəsi var. Məlumatda göstərilir ki, rayon səhiyyə idarəsinə rəhbərlik edən Səyyaf Tağıyevin əsas qazanc mənbəyi kəndlərdə fəaliyyət göstərən həkim tibb məntəqələridir. Belə ki, baş həkim tibb məntəqə rəisləri ilə əlbir olaraq dövlətdən ayrılan vəsaitləri bu qurumların əli ilə silərək mənimsəyir. Bundan başqa  baş həkim hər bir tibb məntəqəsində 3-4 ölü can saxlayır. Yəni Səyyaf Tağıyev adı olub özü olmayan 200-dən artıq  insanının maaşını hər ay alır. Bu isə külli miqdarda vəsait edir.
Qeyd edək ki, keçən il Xaçmaz səhiyyə idarəsinə cari təmir, dəftərxana ləvazimatları, blanklar, maşın avadanlıqları, əsaslı təmir işləri üçün 800 min, dərman pereparatları üçün isə 400 min manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi ayrı-ayrı firmalara göçürülərək mənimsənilidyi qeyd olunur. Xaçmazda həmçinin baş həkimin bir neçə aptekinin fəaliyyət göstərdiyi və bu apteklərdə əsasən dövlətin Xaçmaz rayonunna ayırdığı dərman pereparatlarının satıldığı bildirilir.
Xaçmazdan daxil olan məlumata əsasən Xaçmazda imkanlı məmurlardan biri də rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Ağayevdir. Rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində  13 mədəniyyət evi, 44 klub, 102 kitabxana, 3 musiqi məktəbi, bir neçə muzey, mədəniyyət və istirahət parkları var. Qeyd edək ki, keçən il rayon mədəniyyət idarəsinə 500 min manatdan çox vəsait ayrılıb. Bu vəsaitlər isə müxtəlif avadanlıqların, dəftərxana, maşın ehtiyayt hissələrini və cari təmirlərə xərclənib. Adı çəkilən şöbənin 600 dən çox işçisi var.
Nazim Ağayevin əsas qazancı kitabxanalarda və mədəniyyət evlərində, klublarda  işləyən işçilərinin əmək haqqlarından hər ay 10 manat saxlamasıdır. Bundan başqa kənd kitabxanalarında işləyən işçilərin adına yazılan əmək haqlarıda şöbə müdirinə çatır. Mənbəmiz qeyd edir ki, şöbə müdiri musiqi məktəblərinin direktorlarından ayda 1000 manat haqda alır. Bildirilir ki, Xaçmaz Rayon Mədəniyyət və Turizm şöbəsində hər il mədəniyyət evlərinin kitabxanaların, istirahət parklarının cari təmiri adı altında külli miqdarda vəsait mənimsənilir.  Nazim Ağayevin idarədə saxldığı “ölü can”lardan isə hər ay minimum 10 min manata qədər vəsait əldə etdiyi qeyd olunur.
Xaçmazın ən varlı mini oliqarxlarından biri isə Suvarma Sistemləri İdarəsinin müdiri  Vaqif Səlimov hesab olunur. Rayonda ən varlı məmurlardan biri kimi tanınan və Xaçmazın bütün su məsələlərinə baxan Vaqif Səlimovun  il boyu büdcə vəsaitlərini çapıb taladığı qeyd olunur. Məhz buna görədə idarə müdirinin Xaçmazda və paytaxt Bakıda dəbdəbəli evləri, obyektləri, avtomobilləri var.
Qeyd edək ki, Xaçmaz Suvarma Sistemləri idarəsinin müdiri Vaqif Səlimovun həyata keçirdiyi maxinasiyalarla bağlı redaksiyamıza göndərilən məlumatlar dəqiqləşdirildikdən sonra oxusularımıza təqdim edəcəyik.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5696

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930