Hesablama Palatası "Azəriqaz"da yoxlamaya başlayır?

07.04.2014 - 13:33

Hesablama Palatası “Azəriqaz”da yoxlamaya başlayır?

Sosial şəbəkədə Hesablama Palatasının bu gün “Azəriqaz”da yoxlamalara başladığı barədə məlumat yayılıb. Bu barədə məlumatı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz “facebook” səhifəsində yerləşdirib: “Görəsən, Hesablama Palatası hansı sahəyə daha çox diqqət yetirəcək?
Ölkədəki yoxa çıxan qaza (qaz itgiləri), yoxsa külli miqdarda mənimsəmə faktlarına? Ötən həftə qeyd etmişdim ki, üç vəzifəli şəxs : anbar müdiri , ümumi məsələlər üzrə müavin- yəni birbaşa təchizat məsələlərinə cababdeh və satınalmalar şöbəsinin müdiri işdən azad olunub”.
M.Qəhrəmanlının sözlərinə görə, adətən Hesablama Palatası büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edir: “ARDNŞ büdcədən maliyyələşmir, ancaq yeni qaz xətlərinin çəkilişi ilə əlaqədar büdcədən külli miqdarda vəsait ayrılıb və dövlət başçısına məruzə olunub ki, ölkə üzrə qazlaşma 90%-dən yuxarıdır. Ancaq nədənsə köhnə xətlər yenisi ilə əvəz olunduqdan sonra da itkilərə təsir etmədi”.
Yayılan məlumatla bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Azər Ağayevlə əlaqə saxladıq. A.Ağayev Hesablama Palatasının “Azəriqaz”da yoxlamaya başladığı ilə bağlı xəbəri təsdiqləmədi. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728