Koçaryanın əmisi oğlu azərbaycanlı məmurların ən sevimli həkimidir

07.04.2014 - 15:02

Koçaryanın əmisi oğlu azərbaycanlı məmurların ən sevimli həkimidirKoçaryanın əmisi oğlu azərbaycanlı məmurların ən sevimli həkimidir

Koçaryanın əmisi oğlu azərbaycanlı məmurların ən sevimli həkimidirQagik Koçaryanın “yağlı” və etibarlı pasientləri Azərbaycandan olan onlarca yüksək vəzifəli məmur və deputatlardır
Rusiyanın   məşhur kurort şəhəri olan  Jeleznevodskdakı  “Sanatoriy  Zdorovie”  müalicə mərkəzinin  uroloqu Qagik Koçaryan azərbaycanlı məmur  və deputatların ən sevimli həkimidir. 
Avropa.info xəbər verir ki,  Qagik  Qarabağda dəhşətli faciələrin  törədilməsinə şəxsən rəhbərlik edən Ermənistanın eks- prezidenti Robert Koçaryanın doğmaca əmisi oğludur. Gənc olmasına baxmayaraq  olduqca təcrübəli həkim olan Qagik , nəinki  Jeleznevodskda, ətrafdakı digər kurort şəhərlərində yerləşən sanatoriyalarda da uroloq kimi fəaliyyət göstərir. Əsas pasientləri azərbaycanlı məmur və deputatlar olan Qagik Koçaryanın  olduqca lüks həyat şəraiti sürdüyü bildirilir. Məsələn, Qagikin Jeleznevodskın mərkəzində nəhəng villası, bir  neçə  mənzili, yaxınlıqdakı  Kislavodsk şəhərində nəhəng villası var. Bundan başqa gənc Koçaryan  ən son model  xarici markalı avtomobillər sürür. Onun qarajında “Rance-Rover” , BMW  X 6 , kimi bahalı avtomobillərə rast gəlmək mümkündür. 
 Əldə etdiyimiz məlumata görə, erməni həkimin ən  “yağlı” və etibarlı pasientləri  Azərbaycandan olan onlarca yüksək vəzifəli məmur və  deputatlardır. Məsələn , ötən ilin iyul və avqust aylarında  Qagik çoxlu sayda azərbaycanlı məmur və deputatı müalicə edib. Bu məmur və deputatların bir çoxunun adı da bizə məlumdur. Lakin , jantaj xarakterli  olmaması üçün və adamların müalicə məqsədi ilə həkim seçdiklərini nəzərə aldığımızdan adlarını açıqlamırıq. İstənilən halda adamlar öz sağlamlıqlarını düşünürlər  və həkimin kim olmasından aslı olmayaraq  müalicə olunmaq istəyirlər. Hətta bu Robert Koçaryanın əmisi oğlu olsa belə…
Problem  başqadır. Bir  Azərbaycan filmində deyildiyi kimi : ” O  əjdahadan (həkimlərdən : red) bizdə niyə yoxdur?”           
Azərbaycanda tikilən yeni xəstəxanalar, gətirilən  müasir  tibbi cihazlar  həqiqətən də, təqdirəlayiqdir. Amma , həkim varmı? Varsa , niyə o zaman Azərbaycanın  kasıb  və  orta  təbəqəsi  İrana , imkanlı  təbəqəsi  isə ,  Rusiyanın Şimali Qafqazdakı kurort şəhərlərinə, Türkiyəyə, Avropaya üz tuturlar ?  Niyə Azərbaycanda həkimlərin qoyduğu diaqnozları xaricdə kağız parçası kimi zibil qutusuna atırlar?  Bütün bunları sadə xalqadan daha yaxşı  bilən  məmur və deputatlar  öz sağlamlıqlarını yerli həkimlərə etibar edərlərmi ?  Bu başqa məsələdir ki, Azərbaycandan qazanılan pullar məsələn, Qagikin cibinə axır. Amma nədən ? Məhz normal həkim  personalının olmaması səbəbindən. (avropa.info)
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5700

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930