Kəlbəcərin Təhsil şöbəsinin müdiri həbs olundu

07.04.2014 - 15:45

Kəlbəcərin Təhsil şöbəsinin müdiri həbs olundu

Baş Prokurorluq Müəllimlər İnstitutundakı cinayətlə bağlı məlumat yayıb
  Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. 
Baş Prokurorluqdan ANS PRESS-ə verilən əmlumata görə, aparıln istintaqla Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeçiliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğu məlum olub.
Bu səbəbdən o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hazırda cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5703

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930