20 milyonluq narkotik Azərbaycandan Rusiyaya necə keçib?

07.04.2014 - 21:11

“Burada ya korrupsiya elementləri var, ya da narkotik xüsusi maddənin tərkibində ölkəyə daxil olub”

Dağıstanın narkotiklərə qarşı mübarizə polisləri Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsində İrandan Rusiyaya aparılarkən ələ keçirilən 185 kiloqramlıq təmiz heroini yandırmaqla məhv etdiyi barədə məlumat vermişdik. Narkotik maddə 2009-cu ilin oktyabrında İrandan Rusiyaya yük daşıyan furqonda aşkar edilib. Azərbaycan sərhədini maneəsiz keçərək Rusiya ərazisinə daxil olan “Reno” markalı qoşqulu yük maşınında axtarış zamanı 185 kiloqram heroin tapılıb. Məlum olub ki, narkotik maddə Azərbaycandan keçməklə İrandan aparılırmış. Narkotiklər məhkəmənin qərarı ilə yandırılıb. Yandırılan heroinin dəyəri 20 milyon dollardır. Narkotik maddənin məhv edilməsində xüsusi komissiya iştirak edib.
Baş verən hadisədə Azərbaycanın adının hallanması heç də ölkənin imicinə müsbət təsir etmir. Belə ki, 185 kq narkotikin asanlıqla Azərbaycandan Rusiyaya keçirilməsi bir sıra sualar yaratmamış deyil. Bu əməliyyatın uğurla başa çatması narkotik alverçilərinin peşəkarlığının, yoxsa bizim sərhədçilərin səhvinin hesabına yazılması sualı açıq qalır? Yoxsa burada tam başqa mətləblər var.
Ekspert Əlövsət Əliyev hesab edir ki, baş verən olayla bağlı bir neçə məqama diqqət yetirilməlidir. Ə.Əliyev vurğuladı ki, Azərbaycana İrandan narkotiki şəxsi istifadə üçün gətirənlər əsasən kustar üsullardan istifadə edirlər. Həmin şəxslər narkotik maddələri udaraq, qarınlarında sərhəddi keçirirlər. Amma iri həcmdə narkotik maddələrin sərhəddən keçirilməsində bir qədər mürəkkəğ vasitələrə müraciət olunur. Belə olan halda narkotik maddələr açıq formada sərhəddən keçirilmir: “Məsələn, İrandan Azərbaycana keçirilən narkotik maddələr olan qablara xüsusi kimyəvi maddələr doldurulur ki, həmin məhlulun içərisində narkotik görünməsin. Bəzən çox böyük həcmdə boya maddələrin içərisinə daxil edilən narkotiklər təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən aşkarlanmır. Həmin məhlulların daxilində hər hansı digər maddənin olması ümumiyyətlə hiss olunmur. Ola bilsin ki, Azərbaycanda bu cür faktları aşkar edəcək vasitələr mövcud deyil. Hətta xüsusi öyrədilmiş itlər də bu narkotik maddələri aşkar edə bilmirlər”.
Narkotik maddələrin keçirilməsində korrupsiya elementlərinin də istisna olunmadığını deyən Ə.Əliyev vurğuladı ki, bu maddələr sadəcə olaraq müvafiq orqanların göz yumması nəticəsində sərhəddən keçib.

 

Azadliq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5710

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930