Kürdəmirdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Martın 7-də rayonun “Kürdəmir” sarayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, icra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınları iştirak edib.
Bayram mərasimində çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını, analarını təbrik etdi, onlara xoşbəxtlik və sadət arzuladı. O qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın mənalı həyat və çoxşaxəli fəaliyyəti əsil nümunədir. Azərbaycanın birinci xanımının fədakarlığından ilham alan Kürdəmir rayonunun qadınları da uşaqlarının tərbiyyəsində, sosial-iqtisadi həyatda, sosial və mədəni quruculuq tədbirlərinin həyata keçirilməsində fəal iştirak edirlər. Ceyhun Cəfərov bildirib ki, qadınlar bu gün ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Xüsusilə, rayonumuzda yaşayan qadınlarımız öz səmərəli ictimai, sosial fəaliyyətləri ilə daim öz öncüllükləri ilə seçiliblər. Təbii ki, bu amil bizim hər birimizi sevindirir. Biz bu uğurları gördükcə sevinir və hər zaman qadınlarımızın fəaliyyətlərini dəstəkləyirik.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı adından bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanlar təqdim edilib.
Maraqlı keçən mərasimdə anaların, qadınların şərəfinə şeirlər, mahnılar səsləndi. Tərtib olunmuş rəngarəng konsert proqramı qadınların məclisini daha da rövnəqlədirdi.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara , analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və onun xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=57124