Şimali Koreya lideri daha 200 nəfəri edam edəcək

07.04.2014 - 21:19

Şimali Koreyanın dövlət başçısı Kim Çen Inin keçən ilin dekabr ayında edam etdirdiyi qohumu Yang Song Takın 200 dəstəkçisini də ölüm cəzası ilə cəzalandıracaq. 
Bu barədə Cənubi Koreyanın “The Chosun Ilbo” qəzeti xəbər yayib. Məlumata görə, Şimali Koreyanın İşçi Partiyasında Yanga yaxın hesab olunan 200 şəxsin edam ediləcəyi, həmın şəxslərin ailələrinin iş düşərgələrinə göndəriləcəyi iddia edilib. 
200 idarəçiyə bağlı qapılar arxasında reallaşacaq “mühakimə etmə”nin ardından edam cəzası veriləcəyini yazan qəzet “uyğun proseduranın təqib edildiyi görünüşü yaratmaq istəndiyi” şərhini edib. Xəbərdə edamların Kang Kon Hərbi Akademiyasının poliqonunda həyata keçiriləcəyi göstərilib. Qəzet bu edamların “Kim rejiminə tam sədaqət göstərməyənlərin aqibətinə dair bir ibrət yaratmaq” olduğu şərhini yazıb. 
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Inin bibisi Kim Kyong Huinin yoldaşı olan Yang Song Takın vəzifəsindən sui-istifadə etdiyi, narkotik və qumar kimi vərdişlərin əsiri olduğu səbəbiylə dövlət başçılığından sonrakı ən yüksək vəzifə olan Milli Müdafiə Şurasının sədr müavini vəzifəsindən calışmışdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031