İşğalçı Putin bütün cəbhə boyu hücumda
Dnestryanı da Rusiyaya birləşir, İşğal
növbəsi Moldovaya çatdı, Kreml küləkləri Bakı sahillərin də döyəcləyir…
Putinin
Krımın ardınca Ukraynanın cənub-şərqini tutub Moldovaya girmək planları təsdiqlənir.
Ukraynanın şərq regionlarının hakimiyyət orqanlarının rusiyameylli separatçılar
tərəfindən ələ keçirildiyi bir vaxtda Moldovanın separatçı Dnestryanı bölgəsi
də Rusiyaya birləşmək qərarını elan etməyə hazırlaşır. “Nezavisimaya qazeta”
xəbər verir ki, Dnestryanı bölgənin Rusiyaya birləşmək qərarını bu gün xalqa
müraciətində “prezident” Yevgeni Şevçuk elan edəcək.
Qəzetin
xəbərinə görə, Şevçuk həmçinin Dnestryanı bölgənin Moldova ilə bütün
danışıqları və təmasları dayandırdığını, münaqişənin nizamlanmasına dair “5+
2” formatından (Moldova,
Dnestryanı, Rusiya – münaqişə tərəfləri, ATƏT – vasitəçi, Avropa İttifaqı və
ABŞ – müşahidəçilər) çıxdığını elan edəcək.
Bildirilir
ki, ötən həftə Dnestranı bölgənin “XİN”i bütün format iştirakçılarına aprelin
10-da Vyanada nəzərdə tutulan danışıqlara qatılmayacağına dair rəsmi məktub
göndərib. Məktubda danışıqlardan çıxmağı əsaslandırmaq üçün göstərilir ki,
Moldova ötən ilin sonunda Dnestryanı bölgədə istehsal olunan mallara ixrac
rüsumunu götürəcəyinə dair verdiyi vədə əməl etməyib. Ekspertlərə görə,
Dnestryanı bölgənin bu demarşı Avropa İrttifaqı ilə Assosiasiya sazişi
imzalamağa hazırlaşan Moldovaya ağır zərbə olacaq. Dnestryanı bölgə ilə yanaşı
Qaqauz muxtariyyəti də müstəqillik tələb edə və Rusiyadan kömək istəyə bilər.
Qaqauzların lideri Mixail Formuzal bildirir ki, Kişnyov Aİ ilə saziş imzalasa,
Qaqauz muxtar respublikası statusunun dəyişdirilməsini tələb edəcək. Qaqauzlar
da Dnestryanı rusları kimi MDB Gömrük İttifaqına girməyin tərəfdarıdır.
Dnestryanı
bölgənin Moldova tərəfindən blokadaya alındığını iddia edən Rusiya baş
nazirinin müavini Dmitri Roqozin isə bildirib ki, Moskva “istənilən
təcavüzkarı” yerində oturtmaq üçün diplomatik, siyasi, iqtisadi və hərbi
vasitələrin bütün arsenalından istifadə etməyə hazırdır.
Dnestryanı
bölgənin hər iki sakinindən biri Rusiya pasportu daşıyır. Qərb diplomatları
deyirlər ki, Dnestryanı bölgə Ukraynadan sonra yeni cəbhə bölgəsinə çevrilir. Bloomberg.com
yazır ki, Vladimir Putin Krımın anneksiyasını tamamlayandan sonra Azərbaycan
narahatdır ki, Putinin diqqəti indi cənuba yönələ bilər. Rusiya qoşunları
Azərbaycanın qonşularında – Ermənistan
və Gürcüstanda qərarlaşır, Putin də bu yaxınlarda dedi ki, Rusiya “regionu heç
vaxt tərk etməyəcək”. Azərbaycan rəsmiləri də Kremlin təzyiqini hiss etdiklərini bilıdirirlər. YAP-dan olan millət
vəkili Siyavuş Novruzov deyir: ” Moskva təzyiq edir ki, Putinin yeni Gömrük
İttifaqına qoşulsunlar.”
Rusiya
Soyuq müharibədə uduzandan sonra indi Putin Rusiyanın nüfuzunu bərpa etmək
istəyir. Rusiyanın Ermənistanda 4 minlik qoşunu var. 2008-ci il müharibəsindən
sonra Rusiya Abxaziya və Cənubi Osetiyada qoşunlarını saxladı.
Dekabrın
2-də Putin Ermənistanda Rusiya qoşunlarına baxış keçirəndə dedi ki, Rusiya bu
region heç vaxt tərk etməyəcək. “Biz burda yerimizi möhkəmlədəcəyik.” Hərçənd Putin Azərbaycanı birbaşa hədəf götürmür və
müdaxilə ağlabatan görünmür, ancaq Putinin dedikləri onu göstərir ki, o,
Azərbaycanın qonşularına təzyiq edib, Azərbaycanı bir növ mühasirəyə ala bilər.
Siyasi təhlilçi Ərəstun Oruclu deyir: “Ukraynadan sonra Azərbaycandır.” “Rusiya təzyiqləri artıracaq”.
Azərbaycanın
çətinliyi ondadır ki, ABŞ və ya Avropa Birliyi ona Polşa və ya Baltik
ölkələrinə baxdıqları kimi baxmayıblar. Azərbaycan NATO-ya qoşulmağa da
müraciət etməyib. Azərbaycan müstəqil xarici siyasət yeridir.
Azərbaycan
İsrail və Türkiyə ilə sıx əlaqələr qurub. Azərbaycan İsraildən pilotsuz
təyyarələr və raket sistemləri alır, Türkiyə ilə hərbi əməkdaşlıq sazişi var.
Prezident administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov
deyir ki, hücun olsa, qarşılıqlı müdafiə haqda müqavilə Türkiyə ilə müzakirə olunur.
1994-1997-ci
illərdə ABŞ-ın Azərbaycandakı səfiri Richard Kauzlarich Azadlıq Radiosuna deyib
ki, Azərbaycanın Rusiya ilə Avropa Birliyi arasında qalması onun Rusiyanın
təzyiqinə daha həssas edir. 2010-2011-ci illərdə Azərbaycanda ABŞ səfiri olan
Matthew Bryza isə hesab edir ki, Rusiya
Qazqafdakı müanqişələrlə Azərbaycanı Avropa ilə birləşdirən enerji layihələrini
laxlatmaq istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5725