Abutalıbov Paşazədəni saymadı?
Şeyx hələ də ateistin adına olan küçədən
keçir
Bakı
Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ölənin baş ruhanisi
Şeyxin arzusunu hələ də yerinə yetirməyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadə ötən ilin dekabrında Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək “Təzəpir”
məscidinin yerləşdiyi Mustafa Sübhi küçəsinin adının dəyişdirilərək Nabat
Aşurbəyovanın şərəfinə adlandırılmasını istəmişdi.
Prezident
İlham Əliyevin tövsiyəsi ilə Hacıbala Abutalıbov tərəfindən küçənin adının
dəyişdirilməsi üçün müvafiq sərəncam da imzalandı. Lakin Şeyxin bu arzusu
yalnız sənəd üzərində yerinə yetirilib. Belə ki, “Təzəpir” məscidinin
yerləşdiyi küçə hələ də Mustafa Sübhinin adını daşıyır.
Bunu
küçədə olan lövhələrdən də görmək olur. Küçənin sakinlərinin virtualaz.org
saytının müxbirləri ilə söhbətindən də aydın oldu ki, onlar küçənin adının dəyişdirilməsindən
də xəbərsizdir. Sakinlərin əksəriyyəti Mustafa Sübhinin kim olduğunu da
bilmədi.
Xatırladaq
ki, Şeyxin meriyadan bu istəyinin səbəbi Mustafa Sübhinin inqilabçı və ateist
olmasıdır. Allahşükür Paşazadə H.Abutalıbova ünvanladığı müraciətdə də bu haqda
məlumat vermişdi.
Şeyxin
müraciətində belə deyilirdi: “Bir müddət Rusiyada fəaliyyət göstərən peşəkar
inqlabçı, ateist Mustafa Sübhinin adına bu gün nə vətəni Türkiyədə, nə də
Rusiyada heç bir küçə, yaxud da hansısa müəssisə yoxdur. Təzəpir” məscidinin
əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsinə Nabat xanım
Aşurbəyovanın adının verilməsi üçün müvafiq sərəncam verməyinizi xahiş edirəm.
Bu addım savab əməl olmaqla yanaşı həmçinin dövlətimizin Azərbaycan qadınına və
möminlərinə ehtiramının bariz nümunəsi olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5726