AQRAR UNİVERSİTETİN REKTORU QİYABİ OXUYAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

09.03.2016 - 16:31

yyAzərbaycan Dövlət Aqrar Universitetində qiyabi oxuyan birinci kurs tələbələrinin yay imtahan sessiyasının başlanmasına az vaxt qalıb. Artıq imtahan cədvəlləri hazırlanıb, suallar nəzərdə tutulduğu vaxtda tələbələrə verilib, onların dərs müddətində davamiyyətinin qiymətləndirilməsinə başlanılıb. Bununla yanaşı imtahan zalları da tam şəraitə uyğun hazır vəziyyətə gətirilib.
Həmişə olduğu kimi bu dəfə də universitetin rektoru, proessor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov imtahan qabağı tələbələrlə görüşüb, onların qayğıları, problemlərinin olub olmaması ilə maraqlanıb. Əvvəlcə yığcam tərkibdə tələbələri dinləyən rektor günün ikinci yarısında imtahan verəcək 145 nəfərlə görüşüb. Bildirib ki, sizin üçün yaradılan şəffaf mühit və şərait ilk olaraq biliklərinizin düzgün qiymətləndirilməsinə istiqamətləndirilib. Əvvəldən təqdim edilən test suallarını düzgün cavablandırmaq artıq akademik məsləhətçilərdən və müləllimlərinizdən nə dərəcədə öyrənməyinizdən asılıdır.
Hər iki görüşdə tələbələr onları düşündürən suallar səsləndirib və yerindəcə ədalətli cavab alıblar. Təhsil haqqını tam ödəyə bilməyən tələbələrin isə imtahana buraxılmasında problem olmayacağı deyilib.

rr yy tt

Short URL: http://www.cumhuriyyet.net/?p=57261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728