Rusiyaya qarşı sanksiyaların Azərbaycan üçün acı nəticəsi

08.04.2014 - 09:56

Rusiyaya qarşı sanksiyaların Azərbaycan üçün acı nəticəsi

Qərbin sanksiyaları Azərbaycan vətəndaşlarının güzəranına təsirsiz ötüşməyəcək
Avropa Ittifaqına üzv dövlətlərin, eləcə də bir sıra başqa ölkələrin Krımın işğalı ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir edə bilməz. “Trend”in məlumatına görə, bunu Asiya Inkişaf Bankının (AIB) baş iqtisadçısı Devid Oldfild Bakıda keçirilən “Asian Development Outlook-2014” hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu sanksiyalardan daha çox əmtəə dövriyyəsi və əmək bazarı Rusiya ilə güclü olan ölkələr -Qazaxıstan, Qırğızıstan, Tacikistan əziyyət çəkə bilər.
Asiya Inkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nailə Vəliyeva deyib ki, sanksiyaların güclənməsi neftin qiymətinin azalmasına səbəb ola bilər: “Rusiyada iqtisadi vəziyyətin pisləşməsi orada işləyən azərbaycanlıların gəlirlərinə də təsir edəcək. Bu da Rusiyadan pul köçürmələrinin həcmini azalda və ölkənin tədiyyə balansına təsir göstərə bilər”.
 
Iqtisadçı-ekspert Qubad Ibadoğlu bu sanksiyaların tətbiqinin müsbət və mənfi tərəflərini təhlil edərək, müxtəlif spektrli dəyişikliklərin olacağını istisna etmir. Dünya bazarında neftin qiymətində ucuzlaşmaya doğru dəyişiklik baş verərsə, bu, neftdən gələn gəlirlərin azalmasına və Azərbaycanın maliyyə imkanlarının zəifləməsinə gətirib çıxara bilər: “Rusiyada böhrandan qaynaqlanan işsizlik və eyni zamanda,  büdcə böhranı, valyutanın dəyərdən düşməsi, hesablaşmalardakı gərginlik son nəticədə orada biznes fəaliyyətində çalışan və dövlət orqanlarında işləyən azərbaycanlıların vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər”.
Ekspertin sözlərinə görə, Rusiyanın valyuta bazarında baş verən dəyişikliklərin ixrac-idxal məsələlərinə də təsiri qaçılmazdır: “Azərbaycanın əsas tərəfdaşı Rusiya olmaqla, onun iqtisadiyyatında baş verən dəyişikliklər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək”. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5727

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031