Salyanda hüquq müdafiəçisi həbs olundu

08.04.2014 - 10:04

Salyanda hüquq müdafiəçisi həbs olundu

Salyan Demokratiyaya Yardım Ictimai Birliyinin fəalı, hüquq müdafiəçisi və ictimai vəkil Tofiq Qasımov aprelin 4-də xuliqanlıq ittihamı ilə 10 sutka inzibati qaydada həbs edilib. Bu barədə Turan-a müsahibəsində birliyin rəhbəri Emil Məmmədov bildirib. O, ittihamı qurama adlandırıb: “Əslində Tofiq Qasımovun həbsi Demokratiyaya Yardım Ictimai  Birliyinin üzvü olması ilə bağlıdır.
Səbəb odur ki, ötən ilin dekabrında təşkilatımız adından Azərbaycan prezidentinə, bu ilin fevralında isə Prezident Administrasiyanın rəhbərinə rayondakı korrupsiya hallarının araşdırılması xahişi ilə müraciət etmişəm. Elə o vaxtdan da icra hakimiyyəti başçısı məni  düşmən  kimi  görür. Elə bir toplantı yoxdur ki, mənim əleyhimə danışmasın. Özünə yaxın adamlar vasitəsi ilə xəbərdar olunmuşam ki, mənim həbsimə nail olacaqlar”. E.Məmmədov iddia edir ki, Tofiq Qasımovdan təzyiq yolu ilə onun əleyhinə ifadə almaq istəyirlər: “Tofiq Qasımova təzyiq edirlər ki, guya idarə və müəssisələrdən tələblər edib və bu tələblərin edilməsini guya mən ondan istəmişəm”.
O, Tofiq Qasımovun hüquqlarının müdafiəsinin təşkil edilmədiyini və onun vəkillə təmin edilmədiyini deyib: “Bakıdakı hüquq müdafiə təşkilatlarından Qasımovun hüquqlarının müdafiəsi üçün vəkil tutmalarını xahiş edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728