III Dünya müharibəsi Qafqazdan başlayacaq – Rus politoloq

08.04.2014 - 11:11

III Dünya müharibəsi Qafqazdan başlayacaq – Rus politoloq 

“Qafqazda yerləşən ölkələr hər an onlarla müxtəlif kiçik anklavlara parçalana bilərlər”.
 
Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Qriqori Trofimçuk deyib.
 
Rusiya və Türkiyə ittifaqı alınmadı
 
O, indiyə qədər Rusiya və Türkiyənin Qafqazın birgə idarəedilməsi planını həyata keçirə bilmədiklərini bildirib:
 
“Moskva və Ankara 2007-ci ildə gözlənilmədən Rusiya-Türkiyə münasibətlərinin aktivləşməsindən sonra Qafqazın bir yerdə idarə edilməsi planını reallaşdıra bilməyiblər. Ortada çox illər hədər gedib və bunların hər biri də boş-boş danışıqlara həsr olunub. Türkiyə də həmçinin Ermənistanla ikitərəfli əlaqələr və “Qafqaz platforması” planlarını reallaşdıra bilməyib. Ona görə də əvvəlki illərə dönüş başlayıb. Sınaqdan keçmiş regional sxem yenə də Azərbaycan-Türkiyə ittifaqıdır”.
 
Naxçıvan ayrıla, talışlar baş qaldıra bilər
 
Politoloq Qafqazın istənilən vədə onlarla kiçik parçalara ayrıla biləcəyini qeyd edib:
 
“Qafqaz həm də ona görə partlamağa hazır bomba sayılır ki, burada yerləşən ölkələr hər an onlarla müxtəlif kiçik anklavlara parçalana bilərlər. Müşahidəçilər hər zaman Dağlıq Qarabağ və Cənubi Osetiya haqqında danışmağa öyrəşiblər. Amma hər zaman yeni qeyri-stabil bölgələr yarana bilər. Acariya, Cavaxetiya, Kvemo-Kartli, Azərbaycanın cənubunda talışlar, hətta Naxçıvanla da problemlər yarana bilər. Bu, hər an ola bilər və baş verməməsi imkansızdır. Çünki artıq dünya qeyri-stabilliyə, fəlakətə doğru yuvarlanır”.
 
Azərbaycana dini radikallar axışacaq
 
Q.Trofimçuk yeni dünya müharibəsi ərəfəsində Azərbaycana dini radikalların yönəldiləcəyini deyib:
 
“Yeni dünya müharibəsi postsovet məkanı, Baltik dənizindən Sakit okeana qədər geniş bir ərazini nəzarət altına almaq uğrunda baş verəcək. Nə Rusiya, nə Azərbaycan, nə də ki Qazaxıstanla Türkmənistan sonsuz olaraq özlərinin xammallarını təyin etdikləri qiymətə sata biləcəklər. Qərb bu aralıqda öz geopolitik maraqlarını həyata keçirməkdən ötrü bir qonşunu digərinin üzərinə yönəldəcək. Artıq Ukrayna radikallarından ibarət qruplar Rusiyaya qarşı partizan hərəkatı aparılması üçün hazırlanır. Azərbaycana tərəf isə dini radikallar yönəldiləcək”.
 
Cənubi Osetiya səbəb olacaq
 
O, müharibənin başlamasına əsas səbəblərdən birinin Qafqaz olacağını söyləyib:
 
“Bundan başqa isə SSRİ zamanından qalmış sərhədlərin bölünməsi problemləri var. Böyük müharibənin başlaması üçün başqa səbəblər də yetərincədir. Onlar isə artıq öz anını gözləyirlər. Bu səbəbləri heç kim görmək istəmir. Cənubi Osetiyada müharibə, Krımın siyasi yolla Rusiyaya birləşdirilməsi gələcəkdə tarix dərsliklərinə hadisələrin eskalasiya mərhələsi olaraq salınacaq. İkinci Dünya Müharibəsi də Stalinqrad döyüşündən yox, uzaq İspaniyadan və digər simptomlardan başladı”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30