Rusiya üçün növbədə Azərbaycandır

08.04.2014 - 11:54

Rusiya üçün növbədə Azərbaycandır

Bu barədə ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel deyib
 Ukraynada baş verənlərin fonunda Cənubi Qafqaz regionu dünyanın diqqət mərkəzinə çevrilib. Belə ki, dünya mətbuatı Rusiya prezidenti Vladimir Putinin həyata keçirmək istədiyi Belarusdan Tacikistana kimi “Avrasiya” imperiyası haqda məqalələr dərc edib.
ANS PRESS-in məlumatına görə, Valdimir Putinin “Avrasiya” imperiyası yaratmaqla bağlı cəhdlərini şərh edən ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel bildirib ki, Vaşinqton hökuməti Krım respublikasının Rusiyaya birləşdirilməsinə etiraz etməklə düzgün addım atıb: “Çünki Ukrayna NATO üzvüdür. İndi isə ABŞ təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir. Ukraynanın taleyi ilə Cənubi Qafqaz regionu bir-biri ilə sıx bağlıdır. Belə ki, Ukrayna və Cənubi Qafqaz Vladimir Putinin “Avrasiya” imperiyası ilə bağlı arzusunu həyata keçirmək üçün önəmli regionlardır. Putin Belarusdan Tacikistana kimi imperiya yaratmaq niyyətindədir”.
Politoloqun fikrincə Rusiya həmçinin NATO-ya qarşı mübarizə aparır: “2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxiləni NATO-nun təsir qüvvəsinin genişləndirilməsinin qarşısını almaq üçün həyata keçirmişdi”.
Rəsmi Moskvanın Ermənistan üzərində nəzarəti möhkəmləndirdiyini deyən politoloq növbədə Gürcüstan və Azərbaycanının olduğunu hesab edir. Onun sözlərinə görə Putin bu planını həyata keçirmək üçün hər iki ölkədəki rusiyameyilli müxalifəti maliyyələşdirir.
“Rusiya Ermənistanda olan hərbi bazalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirə bilər. Gürcüstan isə Rusiya ilə Ermənistanda yerləşən rus hərbi bazaları arasında yerləşir. Bu, çox təhlükəlidir. Azərbaycan NATO-ya üzv olmağa tələsmir, lakin Vaşinqton sözügedən məsələ ilə bağlı danışıqlara başlamalıdır ABŞ prezidenti Barak Obama Gürcüstanı NATO-ya üzv etmək üçün tələsməlidir”, – deyə Svante Kornel əlavə edib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5738

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031