Ermənilər Mübariz İbrahimovun qan nümunələrini niyə Amerikaya göndəriblər?

08.04.2014 - 12:40

Ermənilər Mübariz İbrahimovun qan nümunələrini niyə Amerikaya göndəriblər?

Düşmən şəhid qəhrəmanımızın azərbaycanlı olmasına şübhə etdiyindən, onun DNT testini həyata keçirib
Azərbaycanın şəhid qəhrəmanı Mübariz İbrahimovla bağlı daha bir sensassiyalı məlumat ortaya çıxıb. JAM.AZ-a Türkiyədəki mənbələrdən daxil olan məlumata görə, Milli Qəhrəmanımız şəhid olduqdan sonra ermənilərin onun nəşini uzunmüddət geri verməmələrinin sirri var imiş. 
Məlumatda deyilir ki, Mübariz İbrahimov şəhid edildikdən sonra onun nəşi təcili olaraq İrəvana göndərilib. Məqsəd isə şəhid qəhrəmanın kimliyini və onun hansı millətə mənsubiyyətini araşdırmaq olub. Çünki ermənilərə qan udduran bir gəncin azərbaycanlı olmasına düşmən tərəf qəti inanmırmış. Hətta belə bir versiya də irəli sürülübmüş ki, Mübariz İbrahimov Azərbaycan ordusunda qulluq edən türk zabitidir. Elə ermənilər də bunu təsdiqlətdirmək üçün şəhidimizin tük, qan və sümük toxumalarından ibarət nümunələrini DNT testi elətdirmək üçün ABŞ-a göndəriblər. 
JAM.AZ-a verilən məlumatlarda o da deyilir ki, həmin DNT testinin aparılması bir neçə ay çəkib. ABŞ-da labaratoriyada keçirilmiş testlərdən əldə olunan nəticələr isə erməniləri yenidən şoka salıb. Məlum olub ki, həqiqətən də Mübariz İbrahimov türkdür, amma Azərbaycan türküdür. O səbəbdən də Azərbaycan Ordusunda belə zabitlərin olmasına əmin olan erməni tərəfi Qarabağ cəbhəsində istehkamları möhkəmləndirməyə başlayıb. 
Mənbə bildirir ki, həmin hadisəyə qədər erməni tərəfi cəbhə xəttindəki mövqelərinə elə də ciddi nəzarət etmirdi. Onlar elə zənn edirmişlər ki, Azərbaycan Ordusunun hücum etmək gücü yoxdur və 1992-94-cü illərdəki kimi bir-iki güllə atılan kimi hamısı qaçacaq. Amma Mübariz İbrahimov məsələsindən sonra düşüncələri alt-üst olub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5742

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930