İsmayılıda etiraz aksiyası

08.04.2014 - 12:44

İsmayılıda etiraz aksiyası

Ötən gün İsmayıllının İvanovka kəndinin bir qrup sakini etiraza qalxıb. Modern.az-a daxil olan məlumata görə, etiraz edənlər İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərova məxsus çörək zavodunun işçiləri olub. Aylardır maaşlarını ala bilməyən işçilər axşam saatlarında bir yerə yığışaraq zavod rəhbərləyinə etirazlarını bildiriblər. Bundan öncədə problemlərini mətbuatda qaldıran ivanovkalılar zavodun direktoru Vaqif Soltanovdan şikayət edərək onun tərəfindən aldadıldıqlarını deyiblər. “Bundan əvvəl mətbuat bizim narazılığımızdan yazdı, Vaqif müəllim elə həmin gün maaşımızı verdi. Dedi ki, səsinizi kəsin, pullarınız bundan sonra vaxtında veriləcək. Biz də onun sözünə inandıq. Üstündən neçə ay keçsə də yenə pullarımızı vermirlər. Hər dəfə maaşımızı istəyəndə Vaqif Soltanov bizi acılayaraq işdən qovacağı ilə hədələyir. Kasıb adamlarıq, evə bir tikə çörək apara bilmirik. Dərdimizi kimə deyək?”-deyə işçilər şikayətləniblər.
Sadə ruslar İsmayıllının deputatına üz tutaraq onlara kömək etməyini xahiş ediblər. “Biz deputatımıza müraciət edirik ki, bizə kömək olsun. İnanın ki, biz məcburuq burda işləməyə. Rəhbərlik pulumuzu vermir, üstəlik bizimlə normal şəkildə rəftar da etmir. Heç olmasa desə ki, pulumuz yoxdu, gözləyin. Biz gözləyərik, amma onlar bizi aldadırlar. Deyirlər vermirik, xoş deyil çıxın işdən”. Kənd sakinləri iş rejiminin ağırlığından da gileyləniblər. Bildiriblər ki, normal halda gündəlik iş rejimləri minimum 12-14 saatdır. Sakinlərin narazılığını araşdırmaq üçün zavodun rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Bildirildi ki, ötən günkü narazılıqdan sonra Vaqif Soltanov Bakıya gedib. Qeyd edək ki, sabiq icra başçısına məxsus zavod Avira MMC adı ilə fəaliyyət göstərir. Zavodun tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit verilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5743

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930