Əsgərlərimiz kimin minasına düşdü…

08.04.2014 - 14:04

Əsgərlərimiz kimin minasına düşdü…

Müdafiə nazirinin əvəzlənməsinə və Müdafiə Nazirliyinin rəhbərliyində ciddi kadr dəyişikliklərinin həyata keçirilməsinə baxmayaraq Azərbaycan ordusunda faciələrin ardı-arası kəsilmir.
Az qala hər gün əsgərlərin “ehtiyatsızlıq” üzündən bir-birlərini güllələməsi, bıçaqlaması və siçan zəhəri içib intihar etməsi barədə xəbərlər gəlir.
Müdafiə Nazirliyinin mətbuat xidməti bu insidentlərə “araşdırma aparılır” sözlərindən ibarət qısa şərh verməklə kifayətlənir.
Aprelin 8-nə keçən gecə işğal altındakı Cəbrayıl rayonunun Azərbaycan ordusunun nəzarətində olan Cocuq Mərcanlı kəndi ərazisində baş vermiş hadisə də bütün bu insidentlər kimi müəmmalıdır.
Xəbər verildiyi kimi, biri kapitan rütbəli zabit olmaqla 3 hərbçinin həlak olması, 8-nin yaralanması ilə nəticələnən ağır faciənin mina partlaması nəticəsində baş verdiyi deyilir. Müdafiə naziri Zakir Həsənov hadisə ilə bağlı Cocuq Mərcanlı kəndinə gedib. Müdafiə Nazirliyi əlavə məlumat vermir və “araşdırma aparıldığını” bildirir.
Lakin istefada olan hərbçilərin, hərbi ekspertlərin qənaətinə görə, Cəbrayılda baş vermiş hadisə kifayət qədər qaranlıqdır və 3 hərbçinin ölümü, 8-nin yaralanması ilə nəticələnən hadisənin birmənalı olaraq mina partlamasının nəticəsi olduğunu demək tezdir. Partlayış gecə saatlarında – saat 22:30 radələrində baş verib. Həmin saatda başda kapitan olmaqla 11 hərbçinin minalanmış əraziyə keçməsi ancaq hansısa xüsusi əməliyyatın keçirilməsi zamanı mümkün ola bilərdi.
Əgər söhbət piyada əleyhinə minanın partlamasından gedirsə, nədən bu partlayış çoxsaylı insan tələfatına səbəb olub? Mina partlaması zamanı bu cür çoxsaylı tələfat partlayıcı qurğunun ancaq qapalı məkanda, məsələn, blindajda işə düşməsi nəticəsində mümkün ola bilərdi.
Yaxud mina partlayıbsa, kimin minası partlayıb – erməni ordusunun yerləşdirdiyi, yoxsa Azərbaycan hərbçilərinin özlərinin qoyduğu minadan söhbət gedir?
Digər mümkün versiya isə həmin ərazidə vaxtilə gedən döyüş əməliyyatları zamanı yerləşdirilən tank əleyhinə minanın işə düşməsi barədədir.
Lakin Azərbaycan ordusu artıq 21 ildir Cocuq Mərcanlı kəndi ərazisində döyüş mövqeləri var. Bu vaxta qədər döyüş postunun yerləşdiyi ərazini minalardan təmizləmək mümkün olmayıbmı? Digər tərəfdən, tank əleyhinə mina ancaq avtomobil və ya zirehli texnikanın təsiri nəticəsində işə düşür.
Hadisənin düşmən ordusunun diversiya hücumu olması da mümkündür və istisna edilməməlidir. Bu insident MDB Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakıda keçirilən toplantısı ilə eyni vaxtda baş verib. Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti təhlükəsizlik təminatının verilmədiyini əsas gətirərək toplantıya qatılmayıb. Erməni hərbçiləri Moskvadan geri qayıdıblar.
Bundan əvvəl isə işğalçı qüvvələr Ağdam-Füzuli istiqamətində tank, artilleriya və vertolyotların iştirakı ilə taktiki təlimlər keçirmişdi.
Ümumiyyətlə, Qarabağ münaqişəsi ətrafında vəziyyət Ukrayna hadisələri ilə bağlı daha da gərginləşib və kritik hal alıb.
Kremlin imperiya ambisiyalarının əsas təbliğatçısı olan Vladimir Jirinovski Qarabağın Rusiyaya birləşdiriləcəyi barədə çağırışlar edir. Nüfuzlu Qərb ekspertləri qeyd edirlər ki, Rusiya Azərbaycanı nəzarətə götürmək və öz orbitinə dail etmək üçün Qarabağ münaqişəsi zonasında vəziyyəti gərginləşdirə bilər.
Belə bir vaxtda Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin aprelin üçüncü ongünlüyündə Praqada görüşməyə razılıq verdiyini elan etmişdilər. Bundan əvvəl  erməni tərəfi dəfələrlə danışıqların növbəti raundunu pozmaq üçün təmas xəttində diversiyalara əl atıblar və təcavüzkar ritorikanı gücləndiriblər.
Bu baxımdan Cocuq Mərcanlıda baş vermiş dəhşətli faciə ilə bağlı suallar olduqca çoxdur.
(virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930